"Qarabağ"ın kapitanı yenidən zədələndi
"Qarabağ" klubunun futbolçusu Maksim Medvedev yenidən zədələnib.
KONKRET.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
50 yaşlı mütəxəssis bildirib ki, kapitan UEFA Avropa Liqasında I turun Almaniya "Frayburq"u ilə səfər matçı zamanı məşq vaxtı ciddi zədələnib. O, 33 yaşlı müdafiəçinin 1 ay oynamayacağını söyləyib.
Qurbanov daha bir arxa xətt oyunçusu Bədavi Hüseynovun da müəyyən ağrıları səbəbindən MRT müayinəsindən keçdiyini diqqətə çatdırıb. Baş məşqçi bu səbəbdən, Hüseynovu "Sabah"la Azərbaycan Premyer Liqasının VI tur matçına buraxmağa risk etmədiyini dilə gətirib: "Əlimizdəki futbolçulara güvənərək, davam edəcəyik".
Qeyd edək ki, "Qarabağ" "Sabah"a 4:3 hesabı ilə qalib gəlib. Avropa Liqasının qrup mərhələsində isə Azərbaycan təmsilçisi "Frayburq"a səfərdə uduzub – 1:2. Növbəti oyun Tofiq Bəhramov adına Respublika stadionunda Fransa "Nant"ına qarşı olacaq. Sentyabrın 15-də keçiriləcək oyun saat 20:45-də başlanacaq.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi