"Qarabağ"ın oyununa görə "Gənclik" stansiyasının iş rejimi gücləndiriləcək
Sentyabrın 15-də UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" Futbol Klubunun beynəlxalq oyunu ilə əlaqədar Bakı metropoliteninin "Gənclik" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.
"Bakı Metropoliteni" QSC-dən KONKRET.az-a verilən məlumata görə, sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə metropolitenin Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən kütləvi tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq stansiyaya növbətçilik cədvəli üzrə əlavə işçi qüvvəsi ayrılacaq.
Saat 20:45-də başlanacaq oyuna yollanacaq azarkeşlərin rahat və təhlükəsiz hərəkətini tənzimləməklə yanaşı, "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirlər nəzərə alınacaq.
Ümumən isə qatarlar bu gündən tətbiq edilmiş yeni payız-yaz qrafikinə uyğun hərəkət edir. Azarkeş marağını nəzərə alaraq, görüş başa çatdıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması təmin olunacaq. Ehtiyac yaranarsa, xəttə ehtiyat qatarlar buraxılacaq.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi