"Qarabağ"la oyun bizim son şansımızdır"
"Asanlıqla deyə bilərəm ki, bu, bizim üçün son şansdır. Bu qarşılaşmaya çox yaxşı hazırlaşmışıq".
Publika.az-ın məlumatına görə, bu fikirləri Kiprin APOEL klubunun futbolçusu Uroş Matiç Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə "Qarabağ"a qarşı keçirəcəkləri oyun haqqında danışarkən deyib.
Klubun televiziyasına açıqlama verən 29 yaşlı serbiyalı yarımmüdafiəçi azarkeşlərinin dəstəklərinə ehtiyacları olduğunu sözlərinə əlavə edib: "Ümid edirəm ki, insanlar xəyallarımızı reallaşdırmaq üçün bizə dəstək olacaqlar. Yeni ildən sonra da Avropada futbol oynamaq istəyirik. Təbii ki, fanatlara ehtiyacımız var. Onları arxamızda hiss edəndə, tamam fərqli olur. APOEL-in yaxşı azarkeşləri var və komandamız güclüdür. Ümid edirəm ki, bunları "Qarabağ"la matçda da görəcəyəm".
Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb. /publika.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır