Qardaşı tanınmış ginekoloqun ölüm SƏBƏBİ ilə bağlı gerçəkləri AÇIQLADI + VİDEO

Qardaşı tanınmış ginekoloqun ölüm SƏBƏBİ ilə bağlı gerçəkləri AÇIQLADI + VİDEO"Son iki ilə qədər ailədə vəziyyət qənaətbəxş idi. Rüfətin ailəsi mülkləri onun adına keçirməyi təkid edirdi".
KONKRET.az xəbər verir ki, bunu APA TV-yə özünü binadan ataraq öldürən tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin qardaşı Elçin Vəliyev deyib.
Onun sözlərinə görə, ailə münaqişəsi Xalidənin əri tərəfindən yaxın qohumlarının təkidi, təzyiqi, hədə qorxusu, aranı qızışdırması nəticəsində Rüfət mütəmadi olaraq içib və mülklər üstündə evdə münaqişə yaradıb."Dəfələrlə Xalidəni döyüb, müxtəlif xəsarətlər yetirib. Dəfələrlə ailə üzvlərimiz bunun şahidi olub və boşanmaları üçün xalidəni o evdən çıxartmışıq, lakin 5-7 gün ərzində Rüfət yenidən bağışlanmağını və bir daha belə etməyəcəyini söz verərək barışmağa nail olub. Son bir ildə müxtəlif dost və yoldaşlarına, hətta vəkilinə döyülməsi haqda, xəsarətlərin video və fotoşəkilini göndərib, bütün bu materiallar istintaqa təqdim olunub. Lazım gələrsə gələcəkdə bu məlumatlar mediaya da təqdim olunacaq", – deyə Elçin Vəliyev bildirib.
Onun sözlərinə görə, hadisə baş verən gün Xalidə artıq boşanmaq barədə qəti qərar qəbul edibmiş.
"Hətta hadisə günü xalidə işdən sonra vəkili ilə görüşmüş, boşanmaya dair bütün məlumatları vəkilə vermişdir. Həmin günü evə gəlib bizə zəng etməli idi ki, gəlib onu götürək, biz Xalidənin zəngini gözləyirdik. Lakin Rüfətin zəngi gəldi ki, xalidə özünü atdı. Burada böyük bir müəmma var, inşallah ki istintaqda bu məlum olacaq. Xalidə intihar edə bilməzdi, onu tanıyan hamı bu sözü deyir və həmin gün bütün ailə münaqişəsinə son qoyulacaqdı", – deyə qardaşı vurğulayıb.
Elçin Vəliyev deyir ki, Xalidənin bədənində 2-3-5-8 günün döyülmə xəsarətləri olub.
"Bu o deməkdir ki Rüfət mütəmadi olaraq Xalidəni döyüb, zor tətbiq edib, davamlı olaraq ailəsinin fikri ilə Xalidəyə təzyiqlər göstərib, hətta ailəsi də birləşərək dəfələrlə Xalidəyə təzyiqlər ediblər, bu kimi təzyiqlərin bir neçəsinin canlı şahidi olmuşuq.
Əldə olunan bütün video, fotofaktlar prokurorluğa təqdim olunub. Düşünürük və inanırıq ki, qısa zamanda bütün müəmma və suallara cavab ala biləcəyik. Son olaraq bildirmək istəyirəm ki bu intihar deyil, heç kim buna inanmır, ən azı intihara sövq etmədir", – deyə Xalidənin qardaşı qeyd edib.

Hadisə       Tarix: 25 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Milyarderin oğlu dayanacaqda öldürüldü – FOTO

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. -a istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri beynelxalq bank mezenne cəbhədən görüntülər iqtisadiyyat xeberleri bugun