Qasparyanın qızı Paşinyana FƏRARİ dedi: Güldüm, xeyli güldüm
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyanın qızı baş nazir Nikol Paşinyanın atasına qarşı ittihamlarına reaksiya verib.
"Sputnik Ermənistan" bildirir ki, Onik Qasparyanın qızı Asmik atasını xain adlandıran Nikol Paşinyana cavab verib.
"Bir gün fərarilik edən biri hakiminiz olarsa təəccüblənməyin... Bir qrup fərarilik edənlərin Vətənin müdafiəçilərindən danışarkən onları xain adlandırması gülüncdür. Yeri gəlmişkən, bu cür insanların intonasiyası birbaşa cəbhə xəttindən uzaqlaşma dərəcəsindən asılıdır. Güldüm, xeyli güldüm", - qız Facebook səhifəsində yazıb.
Qeyd edək ki, Respublika meydanındakı mitinqdə Paşinyan Qasparyanı Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın təzyiqi altında baş nazirin istefasını açıq şəkildə müdafiə etməklə və birbaşa rəhbərinin tələbinə tabe olmaq əvəzinə eks-prezidentin "əmrlərini yerinə yetirməklə" günahlandırıb. Qasparyanın hərəkətlərini "xainlik" adlandırıb. Paşinyan, Gasparyanın istefa verməli olduğunu təkrarlayıb.
Xatırladaq ki, ölkədəki siyasi böhran Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının 25 fevralda siyasi rəhbərliyin dövləti təhlükəli uçuruma aparacağını söyləyərək, Nikol Paşinyanın istefasını tələb etməsindən sonra daha da kəskinləşib. Buna cavab olaraq Paşinyan çevriliş cəhdini elan edib və Qasparyanın vəzifəsindən uzaqlaşdırılmasına dair qərar imzalayıb. (virtualaz.org) /publika.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər