Qatil Sindzo Abeni niyə güllələdiyini izah etdi – Başqasını öldürmək istəyib
Yaponiyanın keçmiş baş naziri Sindzo Abeni güllələyən Tetsuya Yamaqami əvvəlcə başqa şəxsə hücum etmək istəyib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Kyodo agentliyi istintaq orqanlarındakı mənbələrə istinadən yayıb.
Saxlanılan şəxsin dindirilmə zamanı dediyi kimi, o, əvvəlcə müəyyən dini qrupun liderini öldürməyi planlaşdırıb. Lakin daha sonra fikrini dəyişib və siyasətçiyə qarşı cinayət törətmək qərarına gəlib, çünki dini liderin qrupla yaxınlığı olduğunu hesab edib. Söhbət hansı dini qrupdan getdiyi açıqlanmır.
Agentlik onu da qeyd edir ki, polis Yamaqaminin evində axtarış aparıb və orada partlayıcı qurğu və əldəqayırma silaha bənzəyən əşyalar tapıb.
Abeyə hücum iyulun 8-də səhər saatlarında məlum olub. Hadisə Yaponiyanın Nara şəhərində kampaniya zamanı baş verib. Yaponiya özünümüdafiə qüvvələrinin keçmiş dənizçisi, 41 yaşlı Tetsuya Yamaqami siyasətçiyə arxadan yaxınlaşaraq ov tüfəngi ilə ona atəş açıb. Daha sonra o, Abenin ailəsində ciddi maliyyə problemlərinə səbəb olan "bir qrup insanla" bağlı olduğunu izah edib.
Roman Göytürk,
KONKRET.az

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu