Qaxda ağacı qanunsuz emal edən sexlər aşkarlanıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən ekoloji qaydaların, təbiəti mühafizə və meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qax rayonunda keçirilən tədbirlər zamanı rayonun Cəlayir kəndi ərazisində qanunsuz ağac emalı sexi, Uzuntala kəndində yerləşən sexdə isə mənbəyi məlum olmayan müxtəlif cinsli ağac gövdələrinin qanunsuz emal olunması aşkar edilib. Qeyd olunan hər iki faktla bağlı araşdırmalar aparılır.
Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə hallarının qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı Cəlayir kəndi ərazisində qumu qanunsuz daşıyan şəxs müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci (icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb olunub. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR