Qayınata gəlinini buna görə öldürübmüş
Daşkəsinin Bayan kəndində 1993-cü il təvəllüdlü gəlini Nəzakət Həsənovanı qətlə yetirən 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin məhkəmə prosesi başa çatıb.
azxeber.com "qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Mustafayev 16 il 6 ay müddətinə azadlqıdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqustun 22-də baş verib.
Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, gəlini mütəmadi olaraq müxtəlif bəhanələrlə anasının evinə getdiyi üçün aralarında narazılıq olub. Növbəti dəfə Nəzakət anasının xəstə olması adıyla İmişliyə gedib. Lakin M.Mustafayev oğlu Samirə zəng edərək, Nəzakətin yalan danışdığını, anasının sağlam olduğunu, gəlinini evə gətirməyi deyib.
Samir İmişliyə yoldaşını gətirməyə getsə də, Nəzakətin anası və bacısı buna razı olmayıb. Samir daha sonra Bakıya gedib, iki ay sonra isə Nəzakət də paytaxta yoldaşının yanına yollanıb.
2022-ci ilin avqust 19-da isə cütlük uşaqlarının sənədlərini düzəltmək üçün kəndə qayıdıb. Hadisənin baş verdiyi gün Məhəmmədəli Mustafayev gəlinini evin həyətyanı sahəsindən evə çağırıb. Nəzakət evə daxil olandan sonra o, gəlininə "sonuncu dəfə də ananla bacın bizi aldadaraq səni evlərinə apardı, ya birdəfəlik boşan, ya da ananın evinə getməyinə son qoy" deyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Qayınata mübahisənin davamında mətbəxtdən götürdüyü bıçaqla gəlininə bir neçə zərbə yetirərək onu öldürüb.
Cinayəti törədən şəxs hadisədən sonra DİN-nin 102 xidmətinə zəng edərək gəlinini öldürdüyünü deyib.
Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var