Qazancınızın nə qədəri ƏRZAĞA xərclənir? - Natiq Cəfərlidən KASIBLIQ TESTİ
Son günlər, daha dəqiq desək, Milli Məclisin oktyabrın 12-də baş tutan plenar iclasından sonra sosial mediada belə bir xəbər dolaşır ki, deputatlardan biri (Tahir Rzayevin adı qeyd olunur) "hamının evində soyuducu, televizor var", – deyə fikir səsləndirib. Onun fikrincə evində bu məişət texnikaları olan adamlar kasıb sayılmır.
KONKRET.az olaraq məsələyə aydınlıq gətirmək, hansı kateqoriyaya aid insanların kasıb olduğunu müəyyənləşdirmək üçün iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq. Müsahibimiz cavabına beynəlxalq təcrübədən sitat gətirməklə başlayıb:
"Dünyada qəbul olunmuş və kasıblığı, əhalinin dolanışığını ölçən əsas indiqatorlardan biri nə televizor, nə də soyuducudur. Artıq bu, hansısa bir formada yaşayış səviyyəsinin göstəricisi ola bilməz. Açığı bu, XX əsrin yanaşması idi. Ən yaxşı indiqatorlardan biri əhalinin qazancının neçə faizinin ərzağa xərcləndiyidir. İnkişaf etmiş ölkələrdə əhali qazandığının ortalama 12 faizi ərzağa sərf olunur. Və bu norma sayılır. Ən çox inkişaf eləmiş ölkələrdə bu 9-10 faiz təşkil edir, amma 12 faiz yaxşı göstərici hesab olunur. 20 faizə qədər isə normal sayılır".
Natiq Cəfərlinin sözlərinə görə, insanlar qazancının 20 faizini ərzaq məhsullarına xərcləyirsə, bu normaldır:
"Rəsmi məlumatlara görə, Azərbaycanda əhali qazancının 55 faizinə qədərini, yəni yarıdan çoxunu ərzağa xərcləyir. Bu isə beynəlxalq standartlara görə kasıblıq səviyyəsi sayılır. Hansısa bir şəxs qazancının 55 faizini ərzağa xərcləyirsə, deməli o şəxs kasıbdır. Əgər belə göstəricilərlə yanaşsaq, Azərbaycanda kifayət qədər kasıb, yoxsulların olduğunu təsbit etmək mümkün ola bilər", – deyə iqtisadçı açıqlamasını yekunlaşdırıb.
Anar Rəhimov,
KONKRET.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var