Qazaxda körpə ölümü ilə bağlı cinayət işi BAŞLANILDI
Qazax Rayon Mərkəzi Xəstəxanasında yenidoğulmuş körpənin ölümü ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə KONKRET.az-a Qazax Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Qazax rayon sakini Könül Şabanovanın iyunun 19-da "Qazax Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin doğum şöbəsində dünyaya gətirdiyi yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılıb.
Aparımış araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım tam həcmdə göstərilməyib, doğuşdan öncə zəruri olan müayinələr, doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlər icra edilməyib, həmçinin doğuşa həkim-neonatoloq dəvət edilməyib. Qeyd olunan səbəblərdən yenidoğulmuşun real vəziyyəti düzgün qiymətləndirilməyib və ilkin mərhələdə zəruri olan tibbi yardımların gecikdirilməsi nəticəsində yeni doğulmuş uşaq ölüb.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır