Qazaxıstan əcnəbilərin ölkəyə girişi ilə bağlı qaydaları SƏRTLƏŞDİRDİ
Qazaxıstan hökuməti əcnəbilərin respublikaya giriş və qalma qaydalarına dəyişiklik edib.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, yanvarın 27-dən qüvvəyə minəcək yeni prosedura əsasən, Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrin vətəndaşları, o cümlədən ruslar Qazaxıstanda 90 gündən çox qala bilməz.
Belə ki, əvvəllər qalma müddəti başa çatan miqrantlar ölkəni tərk edib geri qayıda bilirdilər. İndi isə qalma müddəti bitən əcnəbilərin ölkəyə girişinə icazə verilməyəcək.
Qeyd olunub ki, müvəqqəti yaşamaq icazəsi olanlara yeni qaydalar təsir etmir.
Məlumata görə, 2022-ci ildə Qazaxıstana 5,6 milyondan çox əcnəbi daxil olub.
Qazaxıstan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin sədri Aslan Atalıkov bildirib ki, onların 2,9 milyonu Rusiyadan gəlib.
Onun sözlərinə görə, sentyabrda 406 min rus ölkəyə daxil olub. Onlardan 36 min nəfəri müvəqqəti yaşamaq icazəsi alıb.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür