Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini BAĞLAYIR
Qazaxıstan hökuməti Rusiyadakı ticarət nümayəndəliyini bağlamaq niyyətindədir.
KONKRET.azxəbər verir ki, bu barədə "Açıq hüquqi aktlar" saytında məlumat dərc olunub.
"Qazaxıstan Respublikası Ticarət və İnteqrasiya Nazirliyinin "Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyi" dövlət müəssisəsi ləğv edilsin", – sənəddə deyilir.
Eyni zamanda, Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə Dövlət Əmlak və Özəlləşdirmə Komitəsi ilə birlikdə qanunvericiliklə müəyyən edilmiş qaydada bu qərardan irəli gələn tədbirləri görmək tapşırılıb.
Qeyd edək ki, 1992-ci ilin oktyabrında Rusiya və Qazaxıstan hökumətləri arasında qarşılıqlı ticarət nümayəndəliklərinin yaradılması haqqında saziş imzalanıb. Qazaxıstan sazişi 2012-ci ildə ratifikasiya edib.
İqbal Rzayev,
KONKRET.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var