Qazaxıstan Türkmənistan və İran vasitəsilə Avropaya yük daşıyacaq
Qazaxıstan Avropaya yük daşımaq üçün alternativ yol tapıb.
KONKRET.az xəbər verir ki, ölkənin nəqliyyat nazirinin müavini Satjan Ablaliyevin sözlərinə görə, Qazaxıstan rəhbərliyi Türkmənistan və İranla danışıqlar aparıb.
Bu istək məcburidir, çünki bu gün Belarus və Avropa ölkələri arasında yerləşən 13 keçid məntəqəsindən səkkizi bağlıdır. "Rusiya və Finlandiya arasındakı bütün keçid məntəqələri də bağlıdır. Belarus-Litva və Latviya sərhədlərində Qazaxıstan avtomobillərinin dayanma müddəti də artmaqdadır", – deyə Ablaliyev bildirib.
O, aydınlaşdırıb ki, yeni marşrut üzrə yükdaşıma tarifi artır və malların çatdırılma müddəti uzanır.
"Buna baxmayaraq, bu marşrut sanksiyaya məruz qalmış yüklərin daşınması üçün, eləcə də Avropa ölkələrinin Rusiya və Belarusla həmsərhəd olan bütün keçid məntəqələrinin bağlanması zamanı alternativdir", – deyə o vurğulayıb.
Qazaxıstan rəsmisinin sözlərinə görə, son illər Avropa ölkələri ilə yüklərin ixrac-idxal daşınmasında müsbət tendensiya müşahidə olunur.
"Ötən il Qazaxıstan daşıyıcılarının bu bazarda payı 13% artaraq 48% təşkil edib. Pul baxımından bu, ölkə iqtisadiyyatına təqribən 80 milyard tenge (174 milyon dollar) əlavə gəlirdir", – deyə o, yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR