QDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə sertifikat təqdim edildi - FOTOLAR

QDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə sertifikat təqdim edildi - FOTOLARQarabağ Dirçəliş Fondu ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında işgüzar görüş keçirilib.
azxeber.com xəbər verir ki, görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, eləcə də Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə fəaliyyət göstərən vəkil bürolarının rəhbərləri iştirak ediblər.
Qeyd olunmalıdır ki, görüşdə iştirak edən qurumlar tərəfindən Fonda ümumilikdə 100 min 800 manat ianə edilib.
Tədbiri giriş sözü ilə açan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ilk olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək göstərmək məqsədi ilə Fonda  ianə etdiklərinə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırova, eləcə də Kollegiyanın bütün üzvlərinə təşəkkür edib.
R.Hacıyev bildirib ki, nümayiş olunan həmrəylik işğaldan azad olunan ərazilərin bərpası istiqamətində görülən işlərə vacib töhfədir: "İnanıram ki, bu addım cəmiyyətimizin işğaldan azad olunan ərazilərin bərpasına dəstəyini artırmaqla yanaşı, Qarabağ ətrafında daha sıx birləşməyimizə bir təkan olacaq".
Fond yarandığı gündən etibarən minlərlə həmvətənimizin Qarabağın dirçəlişinə dəstək olmaq məqsədilə Fonda ianə etdiyini qeyd edən Rəhman Hacıyev belə təşəbbüslərin həmrəyliyimizin bariz nümunəsi olduğunu bildirib.
Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələrin əks olunduğu təqdimatla çıxış edən Rəhman Hacıyev şəffaflığın təmin edilməsi barədə də danışıb. Belə ki, R.Hacıyev "PwC Azərbaycan" şirkəti tərəfindən aparılan auditin nəticələri haqqında məlumatı iştirakçılara təqdim edib.
Daha sonraideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehribanxanım Əliyevanın olduğu, "Karabakh.Center" internet-resursunun ()materialları əsasında hazırlanan "Qarabağda urbisid" videoçarxı nümayişetdirilib.
AzərbaycanRespublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Qarabağ Dirçəliş Fonduilə əməkdaşlığa böyük önəm verdiklərini, bundan sonra da Fondun fəaliyyətinə dəstəkverəcəklərini vurğulayıb:
"Vəkillər Kollegiyası cəmiyyətimizi narahat edən problemlərin həllində hər zaman yaxından iştirak etməyə çalışır. İşğaldan azad edilən ərazilərin bərpası ilə bağlı Qarabağ Dirçəliş Fondu ilə də yaxından əməkdaşlıq etmək niyyətindəyik. Arzu edərdik ki, əməkdaşlığımız müxtəlif formatlarda davam etsin və Fondun həyata keçirdiyi layihələrdə daha yaxından iştirak edək".
Çıxışlardan sonra görüş müzakirələrlə davam edib. Görüş iştirakçıları Qarabağ Dirçəliş Fondu ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında əməkdaşlığın genişləndirilməsi, işğaldan azd olunan ərazilərdə qanunsuz fəaliyyət göstərmiş şirkətlərə qarşı vəsatətlərin qaldırılması və digər məsələlərlə bağlı rəy və təkliflərini səsləndiriblər.
Görüşün sonunda QDF tərəfindən Fonda ianə edən 37 quruma "İanə sertifikat"ı təqdim olunub.
QDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə sertifikat təqdim edildi - FOTOLARQDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə sertifikat təqdim edildi - FOTOLARQDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə sertifikat təqdim edildi - FOTOLARQDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə sertifikat təqdim edildi - FOTOLARQDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə sertifikat təqdim edildi - FOTOLARQDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə sertifikat təqdim edildi - FOTOLARQDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə sertifikat təqdim edildi - FOTOLARQDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə sertifikat təqdim edildi - FOTOLARQDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə sertifikat təqdim edildi - FOTOLARQDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə sertifikat təqdim edildi - FOTOLAR

Sosial       Tarix: 31 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi son xeberler bugun 2026 muharibe enson xeberler metbuat xeberleri