Qəbələ insidenti: Nazirin qovduğu polis kimdir? - TƏFƏRRÜAT
Qəbələdə polisə qarşı müqavimət göstərən şəxslərin həbsi, o cümlədən yeniyetməyə zor tətbiq edən polisin daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı insidentin bəzi təfərrüatı ortaya çıxıb.
Daxili işlər orqanlarında xaric edilən şəxs Qəbələ Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin (PPX) əməkdaşı polis serjantı Cavid Abbasovdur.
Bildirilib ki, hadisə baş verən gün - dekabrın 2-də Vəndam qəsəbəsində yerləşən restoranlardan birində 12 yaşlı uşağın (D.A. - red.) doğum günü qeyd olunurmuş. Orada səs-küy olması səbəbindən əraziyə PPX əməkdaşları gəlib və tədbirin daha sakit keçirilməsini tapşırıb.
Bu isə məclis sahiblərinin narazılığına səbəb olub və ad günü olan uşağın atası Səxavət Ağayev və əmisi Eldəniz Ağayevlə polis əməkdaşları arasında mübahisə yaranıb. Polis Səxavət və Eldəniz Ağayevləri polis şöbəsinə aparmaq üçün PPX avtomobilinə otuzdurub.
Bu zaman 12 yaşlı uşaq polis əməkdaşını ağır sözlərlə təhqir edərək onlara daş atıb. Polis serjantı Cavid Abbasov isə əsəblərinə hakim ola bilməyib və vəzifə səlahiyyətlərini aşaraq, yetkinlik yaşına çatmayan şəxsi yerə yıxaraq döyüb.
Baş verən insidentlə bağlı sosial şəbəkələrdə görüntülər də yayılıb.
Qeyd edək ki, Daxili İşlər Naziriliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, fakta görə cinayət işi qaldırılıb və iki nəfər (Səxavət və Eldəniz Ağayevlər - red.) həbs edilib.
Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılıb və o, daxili işlər orqanlarından xaric edilib.
///Milli.Az / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR