Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi - FOTO
Amerikada yaşayan jurnalist Qənirə Ataşovanın oğlu Ceyhun avtomobil qəzası keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə məlumat yayıb. O, qəza zamanı övladının ciddi xəsarət almadığını bildirib:
"Amerikaya tez qayıtmağımın səbəbi Ceyhunun məzuniyyətinə çatmaq idi. Enişə az qalmış Ceyhundan zəng aldım: "Ana, olanlara görə üzr istəyirəm. Mən Niko ilə birlikdə ağır qəza keçirdim".
17 iyun mənim üçün həm qorxu, həm də şükür günü oldu. Ceyhun dostu Niko ilə 15 iyun gecəsi Virciniyada ağır avtomobil qəzası keçirib. Onlar Vest Virciniyada digər dostlarının göl evində, Austinin atasının dəvəti ilə toplanmışdılar.
Qəza baş versə də, mən Azərbaycanda olduğum üçün dərhal narahat etməyiblər. Maşının vəziyyətini görəndə yalnız bir şey düşündüm: Allah bu iki gənci bizə yenidən bağışlayıb.
Polisin araşdırmaları göstərdi ki, nə alkoqol, nə də başqa bir problem olmayıb. Ceyhun yola çıxan maralı vurmamaq üçün sükanı kənara çevirərkən təkər yağış sularının yığdığı çökəkliyə düşüb, maşın bir neçə dəfə aşıb və qəza baş verib. Gənclər 911-ə zəng ediblər.
Niko və Austinin valideynləri xəstəxanaya gəliblər. Niko yüngül xəsarət alıb. Ceyhun da ciddi problem olmadan vəziyyəti nəzarətdə saxlanılıb.
Bu gün həm də Ceyhunun və Nikonun məzuniyyət günü idi. Məzuniyyət paltarı qəzaya düşən maşında qaldığı üçün dostların köməyi ilə yeni bir geyim tapdıq və mərasimə hazırlaşırıq.
Bu gün bir daha anladım ki, həyatda ən böyük nemət övladının sağ-salamat yanında olmasıdır. Allaha sonsuz şükürlər olsun. Allah bütün balaları qorusun.
Bu maşını Ceyhuna 18 yaş hədiyyəsi etmişdim və tam yararsız vəziyyətə düşüb… Şükür, min şükür".Milli.Az



Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı