Qərb ölkələri Minsk qrupunun fəaliyyətinin bərpa edilməsi üçün cəhdlər edir
"Kollektiv Qərbin siyasi məntiqi və bundan doğan ikili standartlar siyasəti ənənəvi hal alıb. Yəni bəzi Qərb ölkələri beynəlxalq hüquq və universal dəyərləri siyasi riyakarlıq vasitəsinə çeviriblər. Azərbaycan belə siyasətdən uzun illər əziyyət çəkib".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, hazırda bəzi Qərb ölkələri Minsk qrupunun fəəaliyyətinin bərpa edilməsi istiqamətində cəhdlər etməyə çalışır:
"Elə indiki mərhələdə də Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmamasının səbəblərindən biri də müxtəlif siyasət dəhlizlərində ayrı-ayrı dövlətlər tərəfindən Ermənistana verilən gizli dəstək və vədlər olub. Hazırda isə bəzi Qərb ölkələri Minksk qrupunun fəəaliyyətinin bərpa edilməsi istiqamətində cəhdlər etməyə çalşırlar. Təəssüf ki, belə cəhdlər okeanın o tayındakı bəzi mərkəzlər tərəfindən də dəstəklənir. Bütün bunlar isə Cənubi Qafqazın sülh regionuna çevriləsini daha da mürəkkəbləşdirir. Şübhəsiz ki, bu cəhdlər əbəsdir və elə cəhd olaraq da qalacaqdır".
Deputat Azərbaycanın suverenliyinin yenidən alver predmetinə çevrilməsinə yol verməyəcəyini vurğulayıb:
"Azərbaycan bir daha yol verməz ki, onun suverenliyi yenidən 30 il beynəlxalq manipuliyatorların siyasi alver predimetinə çevirilsin. Hazırkı mürəkkəb tarixi şəraitdə böyük güc mərkəzləri beynəlxalq hüququ və qlobal siyasi dəyərləri istismar edərək gözdən salırlar. Rusiya-Ukrayna müharibəsi kontekstində bu daha aydın görünür. Kollektiv Qərb Ukrayna xalqının faciəsi hesabına Rusiya ilə hərbi-siyasi hesablaşma aparır. Onun özünümüdafiəsi üçün lazım olan qədər silah-sursatla təmin etmir. Başqa bir tərəfdən öz strateji maraqları naminə Rusiya razılaşmaq üçün gizli danışıqlar üçün fürsət axtarır. Eyni qaydada dünyanın ən fərqli coğrafiyalarında, ən fərqli platformalarda bir-biri ilə savaşan Rusiya və kollektiv Qərb Ermənistan – Azərbaycan məsələsində yenidən bir araya gələrək əməkdaşlıq etməyə hazır görünür. Ancaq bu mümkün olmayacaq. Çünki Azərbaycan öz müttəfiqləri ilə birlikdə əsla tarixin arxivinə göndərdiyi Minsk qrupunun yenidən ölkəmizin suveren hüquqları üzərində təzyiq qurmasına izin verməyəcək".
Günel Hüseynli

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi