Qərbi Azərbaycan barədə məlumatların turizm sektoru vasitəsilə təbliği yolları müzakirə olundu - FOTO
Qərbi Azərbaycan barədə məlumatların turizm sektoru vasitəsilə təbliği yolları müzakirə olundu - FOTO
Qərbi Azərbaycan İcmasında turizm obyektlərinin təmsilçilərinin məlumatlandırma sessiyası keçirilib.
Məlumatlandırma sessiyasında çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətləri barədə danışıb, İcmanın yaradılışı, strukturu, fəaliyyəti və qarşıda duran məqsədlərlə bağlı məlumat verib. İH-nin sədri bildirib ki, Qərbi Azərbaycan barədə reallığın dünyaya çatdırılması baxımından turizm sektoru böyük önəm daşıyır.
Əziz Ələkbərli bu istiqamətdə İcma ilə turizm obyektlərinin təmsilçilərinin görə biləcəyi birgə işlərə toxunub.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin sədrinin köməkçisi Orxan Abbasov Qərbi Azərbaycan, onun tarixi, əhalisi, mədəniyyəti və sair istiqamətlərin turizm sektorunda yer almasına dair təkliflərini səsləndirərək birgə atılacaq addımları dilə gətirib.
Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Günay Sağlam, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun bələdçisi Şahnaz Hümbətova və digərləri də çıxış edərək turizm sektorunda Qərbi Azərbaycan həqiqətləri, eləcə də tarixi və mədəniyyəti ilə bağlı elementlərin yer almasının önəmini vurğulayıblar.
İcma rəsmiləri və məlumatlandırma sessiyasının iştirakçıları Qərbi Azərbaycan, onun tarixi, mədəniyyəti, eləcə də qeyri maddi mədəni irsi, mətbəxi və ənənələri barədə məlumatların turizm sektoru vasitəsilə təbliğ edilməsinin yolları barədə müzakirələr aparıblar.
Tədbirin sonunda səsləndirilən bütün təkliflər bir araya gətirilərək qarşıdakı birgə fəaliyyət üçün qeydə alınıb, turizm obyektlərinin təmsilçiləri Qərbi Azərbaycan İcmasının binası ilə tanış olublar.

/ oxu.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var