Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO
Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO
Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməyi planlaşdırır.
Bu barədə aşpazın sahib olduğu "Alchemist" restoranı elan edib.
Bildirilir ki, ekspedisiya dünyanın ilk sıfır karbonlu kosmik gəmisi olan "Space Perspective Neptune"un göyərtəsində baş tutacaq.
"Onlar dəniz səviyyəsindən 100 000 fut (30 000 metr) hündürlükdə günəşin Yerin üzərindən çıxmasını seyr edərək şam edəcəklər", - deyə məlumatda vurğulanıb.
Qeyd edilir ki, bu, kosmosun rəsmi sərhədini keçmək üçün kifayət etmir (o, 100 kilometr hündürlükdə təsdiq edilib), lakin mavi planetdən və onun digər tərəfindəki mütləq qaranlıqdan zövq almağa imkan verəcək.
Biletin dəyəri 450 min dollara olan gəmi altı turist üçün nəzərdə tutulub. Onlar hidrogenlə doldurulmuş "kosmik balon"da stratosferə qalxacaq. Səyahətin ümumilikdə altı saat çəkəcəyi vurğulanıb.
Səfərdə qonaqları 32 yaşlı aşpaz müşayiət edəcək. Yeməklərin əksəriyyəti elə kapsulda hazırlanacaq.
Kosmik səyahət üçün heç bir təlimə və ya təcrübəyə ehtiyac yoxdur.
Qeyd edək ki, "Alchemist" 2023-cü ildə dünyanın ən yaxşı restoranları siyahısında beşinci yerdə olub.



Mənbə: "Kreativ so zvezdoçkoy" "Telegram" kanalı / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü