AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO
AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO
"Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində keçirilən əmək yarmarkasında iştirak edib.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC (AZAL) məlumat yayıb.
Bildirilib ki, AZAL Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının sakinlərinin işlə təmin olunması məqsədilə 15 vakansiya təqdim edib. Vakansiyalar siyahısında təhlükəsizlik inspektoru, yanğınsöndürən-xilasedici, yanğın avtomobili sürücüsü, daxili yanma mühərriklərinin maşinisti, teхnоlоji аvаdаnlıqlаrın istismаrı və təmiri üzrə mühəndis, təmirçi-çilingər, qazanxana operatoru və rabitə texniki yer alıb.
Əmək yarmarkasında AZAL-ın əməkdaşları ziyarətçilərə mövcud vakansiyalar haqqında məlumat verib, namizədləri qeydə alıb və kadr seçiminin səmərəliliyinin təmin edilməsi üçün məlumatların təhlilini aparıblar. Yarmarka zamanı təqdim olunan vakant yerlərə 20-yə yaxın vətəndaş müraciət edib.
Bildirilir ki, daxil olan bütün müraciətlər ən qısa zamanda diqqətlə nəzərdən keçiriləcək və tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər. Müsahibədən uğurla keçən namizədlər müvafiq vəzifə üzrə işlə təmin olunacaqlar.
AZAL "Böyük Qayıdış" proqramını aktiv şəkildə dəstəkləyir. Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iki beynəlxalq hava limanı - Füzuli və Zəngilan aeroportları fəaliyyət göstərir. Hazırda bu hava limanlarında ümumilikdə 80-nə yaxın əməkdaş çalışır.
AZAL-ın Zəngilanda keçirilən əmək yarmarkasında iştirakı qurumun işğaldan azad olunmuş rayonlarda məşğulluğun təmin edilməsinə və sosial-iqtisadi inkişafın təşviq edilməsinə xüsusi diqqət ayırdığını vurğulayır.
Qeyd edək ki, yarmarkaya 23-ü özəl şirkət, 3-ü dövlət qurumu olmaqla 26 işəgötürən qatılıb. Təqdim olunan vakansiyaların ümumi sayı 253 təşkil edib.

/ oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var