Qərbi Azərbaycan İcması bir qrup fransız deputatın qərəzli müraciətini qınayıb

Qərbi Azərbaycan İcması bir qrup fransız deputatın qərəzli müraciətini qınayıbQərbi Azərbaycan İcması bir qrup fransız deputatın qərəzli müraciətini kəskin şəkildə qınayıb.
Bu barədə azxeber.com-a icmadan məlumat verilib.
Bildirilib ki, Qərbi Azərbaycan İcması bir qrup fransız deputatın Azərbaycana qarşı düşmənçiliyə çağıran, beynəlxalq hüquqa həqarət olan qərəzli müraciətini kəskin şəkildə pisləyir və bunu Fransa cəmiyyətində tüğyan edən irqçiliyin, islamofobiyanın və azərbaycanofobiyanın bariz göstəricisi kimi dəyərləndirir.
"Fransız deputatlara xatırladırıq ki, onların iddia etdiyi "etnik təmizləmə" siyasəti öz torpaqlarını 30 illik Ermənistan işğalından azad edən və hazırda Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasında qərarlı olan Azərbaycan deyil, qərbi azərbaycanlıları Ermənistandan deportasiya etmiş, onların qayıdış hüququnu inkar edən, onilliklər boyu Azərbaycan ərazilərini işğal altında saxlamış Ermənistan tərəfindən törədilmişdir.
Fransız deputatların diqqətinə çatdırırıq ki, ciddi-cəhddə müdafiə etdikləri Avropa İttifaqının Ermənistandakı Missiyasının hər gün patrul apardığı ərazilərin əksəri vaxtilə qərbi azərbaycanlıların yaşadığı və 30 il öncə deportasiya edildiyi ərazilərdir", - icmadan qeyd olunub
Bildirilib ki, əgər fransız deputatları həqiqətən də iddia etdikləri "beynəlxalq hüquq", "demokratik dəyərlər" maraqlandırsaydı, onda onlar separatizmi, revanşizmi, cəzasızlığı təşviq edən Ermənistanı və qondarma qurumun qalıqlarını deyil, sülh və birgəyaşayış ideyalarını təşviq edən Qərbi Azərbaycan İcmasını, onun Ermənistanla dialoq təklifini və qərbi azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdışını dəstəkləməliydilər.
Qərbi Azərbaycan İcması fransız deputatlardan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı qəsddən, bölgədə vəziyyəti gərginləşdirən fəaliyyətdən çəkinməyi və ölkəmizin daxili işlərinə qarışmamağı tələb edir: "Biz həmin deputatları öz ölkələrində hökm sürən irqçiliyə və islamofobiyaya qarşı mübarizə aparmağa, Korsika dilini qadağan etməməyə və müstəmləkə təfəkküründən əl çəkməyə çağırırıq".

Siyasi       Tarix: 03 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Dövlət Bayrağı Günü azadlıq və müstəqillik ideallarının simvoludur

"Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir".  . Heydər Əliyev Azərbaycan Xalqının Ümummilli Lideri . Prezident İlha

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar

Rusiya avropalıların Ukraynada dərhal atəşkəs elan edilməsi ilə bağlı tələbləri ilə razılaşmayacaq, çünki Brüssel sadəcə vaxt qazanmağa çalışır. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavro

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu son xeberler bu gun xeberler az valyuta məzənnələri