Qərbi Azərbaycan İcması Fransaya ÇAĞIRIŞ ETDİ

Qərbi Azərbaycan İcması Fransaya ÇAĞIRIŞ ETDİQərbi Azərbaycan İcması Fransaya çağırış edib.
KONKRET.az xəbər verir ki, bu barədə icmanın Fransanın insan hüquqlarına zidd davranışı ilə bağlı yaydığı bəyanatında yer alıb.
Qeyd edilib ki, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir. Ermənistanın insan hüquqlarını kütləvi miqyasda pozan bu addımları beynəlxalq sülh və təhlükəsizliyə təhdid törətdiyi üçün onun aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin üzərinə böyük vəzifə düşür:
"Lakin təəssüflə qeyd etmək lazımdır ki, bir sıra ölkələr vardır ki, onlar öz milli praktikaları, beynəlxalq hüquqa zidd davranışları və ikili standartları ilə Ermənistanı irqi ayrı-seçkilik siyasətinə daha da həvəsləndirirlər. Belə ölkələrdən biri Fransadır.
Fransanın etnik və dini azlıqlara qarşı dözümsüz siyasəti ciddi narahatlıq doğurur. Çoxlu sayda müxtəlif etnik və dini azlıqların yaşadığı Fransanın ümumiyyətlə milli azlıqların hüquqlarını tanımaması, onlara qarşı repressiv aktları, Avropa Şurasının Mili Azlıqlar haqqında Çərçivə Konvensiyasına qoşulmaqdan imtina etməsi kütləvi hüquq pozuntusundan əziyyət çəkmiş olan İcmamızı ciddi narahat edir.
Fransa açıq-aşkar mono-etnik cəmiyyətə nail olmağı hədəfləyib. Bu baxımdan, Fransanın etnik təmizləmə yolu ilə mono-etnik vəziyyətə nail olmuş Ermənistanın insan hüquqlarına zidd bütün davranışlarına dəstək verməsinin səbəbləri aydın olur. Özünü "insan hüquqları ölkəsi" adlandıran Fransanın bizim hüquqlarımız barədə bir dəfə də olsun mövqe bildirməməsi Ermənistanın etnik təmizləmə siyasətinə dəstəkdən başqa bir şey deyil. Eyni şəkildə, Fransa Ermənistan ərazisində Azərbaycan mədəni irsinin dağıdılması, oraya YUNESKO-nun faktaraşdırıcı missiyasının göndərilməsi məsələsi ilə bağlı edilmiş müraciətləri görməzdən gəlir.
Fransa bu azmış kimi, ərazisində çoxlu sayda etnik azlıqların qarşılıqlı anlaşma şəraitində yaşadığı Azərbaycana təzyiq etməyə və Ermənistanın ərazi iddialarına haqq qazandırmağa çalışır.
İcmamız sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış yanaşması seçib. Bir daha vurğulamaq istərdik ki, beynəlxalq zəmanət və verifikasiya mexanizmləri altında təhlükəsiz və ləyaqətlə geri qayıtmaq bizim əzəli və təməl haqqımızdır. Bizim geri qayıtmaq hüququmuz mütləqdir və müzakirə mövzusu deyil. Biz İcma olaraq bu hüququmuzu sülh və dialoq yolu ilə reallaşdırmaqda qərarlıyıq. Beynəlxalq ictimaiyyət bizim bu hüququmuzun reallaşdırmasına dəstək verməsi insan hüququnun aliliyinin və sülhün bərqərar edilməsi üçün zəruridir.
Fransaya çağırış edirik ki, öz ərazisindəki milli və dini azlıqlara qarşı ayrı-seçkilik siyasətinə son versin, dərhal Avropa Şurasının Milli Azlıqların Qorunması haqqında Çərçivə Konvensiyasına qoşulsun və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi öz öhdəliyini yerinə yetirib Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmalarının təmin edilməsinə dəstək versin".ç

Siyasi       Tarix: 16 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu cəbhədən ən son xəbər en son xeberler bu gun oxu.az xeberler