Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılıb

Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılıbBirləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.
Bunu "Report"a açıqlamasında İcmanın sözçüsü Ülviyyə Zülfiqar söyləyib.
Sözçü qeyd edib ki, indiki Ermənistan ərazisindən qovulmuş Azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtma hüququnun təmin edilməsi, qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edən Qayıdış Konsepsiyası BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), adı çəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.
Ülviyyə Zülfiqar qeyd edib ki, Qayıdış Konsepsiyasının BMT-nin əsas orqanlarının sənədləri kimi yayılması Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtması yolunda böyük uğurdur. Sülhpərvər və tamamilə beynəlxalq hüquqa uyğun olan konsepsiyanın BMT-də rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını daha da azaldır, bu ölkəni bir növ İcma ilə danışıqlara başlamağa çağırır və bu mövzuda beynəlxalq prosesin başlanmasını təşviq edir.
Konsepsiyanın BMT-nin ən mötəbər orqanlarının gündəliyinin məhz qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir. "Bu uğur bizi sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərimizə geri qayıtmaq istiqamətində apardığımız fəaliyyəti davam etdirməyə daha da ruhlandırır" – deyə Qərbi Azərbaycan İcmasının sözçüsü bildirib.
Xatırladaq ki, bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bundan əvvəl, yanvar ayında İcmanın beynəlxalq ictimaiyyətə müraciəti yayılmışdı.
Qərbi Azərbaycan İcması tərəfindən 26 yanvar 2023-cü ildə qəbul edilmiş Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. / azxeber.com

Sosial       Tarix: 28 mart 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


son xeberler yeni xeberler azerbaycan xeberleri dunya xeberleri xeber az son xeber az valyuta