"Qərbi Azərbaycana Qayıdış" mövzusunda konfrans keçirilib - FOTOLAR

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Qərbi Azərbaycana Qayıdış" mövzusunda konfrans keçirilib.
azxeber.com xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Naxçıvan Muxtar Respublikasının 100 illiyi və Qərbi Azərbaycanın tarixi abidələrindən, silahlarından ibarət kollecin otağında, foyesində yaradılan sərgilərlə tanış olublar. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Kollecin direktoru Asəf Ruşanov konfransın əhəmiyyətindən bəhs edib, xalqımıza qarşı həyata keçirilən deportasiya siyasətindən söhbət açıb.
Konfransda "Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin sədri Çingiz Bayramov və birliyin idarə heyətinin üzvü, layihə üzrə ekspert Günay Hacıyeva  bildiriblər ki, tarixi-mədəni irsimiz olan Qərbi Azərbaycan torpaqları əzəli və əbədi dədə-baba yurdudur. Ermənilərin Cənubi Qafqaza köçündən sonra kütləvi deportasiyalar, soyqırımları, şimaldan gələn təzyiqlər soydaşlarımızı bu yerlərdən didərgin salıb. Xüsusilə 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edilmiş Qarabağda məskunlaşma proseslərinin başlanmasından sonra qarşıda duran ən mühüm məsələlərdən biri Qərbi Azərbaycan torpaqlarına da qayıdışı təmin etməkdir.
Vurğulanıb ki, ölkə Prezidentinin rəhbərliyi ilə qalib, qüdrətli Azərbaycan dövləti soydaşlarımızın həmin torpaqlara qayıdışını daim gündəmdə saxlayır. Məhz bu çərçivədə Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası" böyük əhəmiyyətə malikdir. Konsepsiya indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək olan və bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir. Dövlət başçısının da dediyi kimi, biz torpağımıza tankla, topla deyil, dinc şəkildə qayıtmaq istəyirik. Ölkə Prezidentinin rəhbərliyi ilə ötən dövrdə Qərbi Azərbaycanın tarixi-mədəni abidələrinin, adət-ənənələrinin dünya ictimaiyyətinə tanıdılması, soydaşlarımızın dinc şəkildə öz yurdlarına qaytarılması istiqamətində işlər həyata keçirilib. Ötən il Naxçıvanda keçirilən "Qərbi Azərbaycana qayıdış" festival-konqresi də bu baxımdan siyasi-ictimai əhəmiyyəti ilə seçilib. 
Naxçıvan Dövlət Universitetinin Mühasibat və maliyyə kafedrasının müəllimi Mehparə Məmmədova Zəngəzur dəhlizinin iqtisadi, konseptual və beynəlxalq əhəmiyyətindən, Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin tarix müəllimi Gülnar Niftəliyeva Qərbi Azərbaycan torpaqlarının tarixindən, mədəniyyətindən söhbət açıblar. Naxçıvan Dövlət Universitetinin dosenti, "Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin üzvü Surə Seyid xalqımıza məxsus Qərbi Azərbaycan torpaqlarının tarixi-mədəni abidələri ilə bağlı slaydlarla məlumatlar verib, bu barədə ölkə Prezidentinin sitatlarını səsləndirib. 
Sonra konfrans iştirakçıları Naxçıvan Dövlət Texniki Kollecinin "Qərbi Azərbaycana Qayıdış" mövzusunda hazırladığı sənədli filmi izləyiblər.

Sosial       Tarix: 13 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbər xeber az cəbhədən son görüntülər xəbərlər.com