Qərbin dərdi İbadoğlu deyil: İkili standartlar işə düşdü - ŞƏRH

Qərbin dərdi İbadoğlu deyil: İkili standartlar işə düşdü - ŞƏRHSon günlər Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun həbsi əsas müzakirə mövzusudur. Qərb mətbuatı və bəzi beynəlxalq təşkilatlar isə bu hadisədə daha aktiv "mövqe" sərgiləməkdədirlər. Və təəssüf ki, ölkəmizə qarşı münasibətdə yenə də öz amplualarındadırlar; "İbadoğlu olayı"na da maksimum siyasi don geyindirmək niyyətlərini açıq-aşkar büruzə verirlər. Yəni eyni dalğa, eyni koordinat: Azərbaycanda insan hüquqlarının pozulduğu, söz və fikir azadlığının boğulduğu kimi şablon fikirlər əsas tezisdir.
ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın Azərbaycandakı səfirliklərinin, Avropa İttifaqı nümayəndəsinin şübhəli şəxs qismində saxlanılan Qubad İbadoğlunun müdafiəsi ilə bağlı tələsik bəyanatları əslində başadüşüləndir. Çünki onlar Azərbaycanın daxili işlərinə müdaxilə cəhdini heç bir halda əldən vermək istəmir, məsələnin mahiyyətinə varmadan ölkəmizə qarşı ənənəvi qarayaxma kampaniyalarını işə salırlar.
Bu məsələdə bir qədər tələsən kollektiv Qərb açıq-aşkar ikili standartlara yol verir. Neçə vaxtdır Gürcüstanda həbsdə saxlanılan keçmiş prezident Mixeil Saakaşviliyə edilən təzyiqlərə, Ermənistanda siyasi fəalların həbsi və digər faktlara göz yuman Avropa İttifaqının Azərbaycanda bir nəfərin həbsinə siyasi don geyindirməsinə ölkəmizə qarşı qərəzdən başqa nə ad vermək olar?
Əslində burada Qarabağ ermənilərinin reinteqrasiya prosesinin də rolu hiss olunur. Ermənilərin Azərbaycanda yaşamasının mümkünsüzlüyünü qabardan ermənipərəst qüvvələr üçün Qubad İbadoğlunun həbsi konkret göydəndüşmədir.
Cinayət Məcəlləsinin 204.3.1 (Mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldəetmə və ya satma) maddəsi ilə ittiham olunan Qubad İbadoğlunun günahı sübuta yetirilərsə, məhkəmənin hökmü ilə cəzasını alacaq.
Deməli, İbadoğlu məsələsində daha cox canfəşanlıq edən Qərbin məqsədi heç də hansısa partiya sədrinin həbsində narahatlıq deyil, insan hüquq və haqları məsələsini saxtalaşdırmaqdır. Axı alətə çevirdikləri insan haqları elə Avropanın özündə hər gün pozulur və günahsız insanlar cəzalandırılır. Hətta dünyaya demokratiya dərsi keçməyə çalışan ölkələrdə insanlar küçənin ortasında güllələnir, qətlə yetirilir, dinlər, inanclar təhqir olunur.
Son illər İslam dininin Avropa ölkələrində təhqir olunması, müqqədəs Quranın yandırılması, Məhəmməd Peyğəmbərin karikaturalarının hazırlanması, ümumiyyətlə, islamafob şüarlar ənənəyə çevrilib. İslam dəyərlərinin təhqir olunmasına daim göz yuman Qərbin lazım gələndə insan hüquqlarını qorumaq arzusu ancaq və ancaq siyasi alverdir. Və ya insan hüquq və azadlıqlarını əlində bayraq edən Avropa və Amerika bu vasitələrdən istifadə etməklə, digər ölkələrdə insanların siyasi fəaliyyətlərini öz nəzarətində saxlamağa cəhd edir.
Qubad İbadoğlunun həbsinə xüsusi həssaslıqla yanaşan Avropa İttifaqının məsələyə yanaşma tərzi həm də Azərbaycana təzyiq metodudur.
Amma əmin olsunlar ki, bununla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan daxilində ən kiçik hadisəni belə böyüdüb, az qala dünyanın siyasi gündəminə çevirmək istəyən qüvvələrin bütün cəhdləri boş və uğursuzdur.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 27 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son dəqiqə ən son xəbərlər bugün hava son.xabar