Qərblə Belarus və Rusiya arasında aviasiya müharibəsi gedir - Sərt sanksiyalar hazırlanır

Qərblə Belarus və Rusiya arasında aviasiya müharibəsi gedir - Sərt sanksiyalar hazırlanırBelarus hakimiyyətinin müxalif bloqeri həbs etmək üçün ölkənin hava məkanından uçan sərniin təyyarəsini MiQ-29 qırıcıları ilə məcburi Minskə endirməsindən sonra Qərb ölkələri bir-birinin ardınca sərt qərarlar qəbul edirlər.
Beynəlxalq KİV-lərin məlumatına görə, Belarusla Qərb arasında mayın 23-dən başlayan aviasiya müharibəsinə Rusiya da qoşulub. Əlbətdə ki, Belarusun tərəfində...
Belə ki, Avropa İttifaqının aviaşirkətlərə Belarus hava məkanından uçmağı qadağan edən qərarından sonra Rusiya Belarusa dəstək olaraq bu ölkənin hava məkanından yan keçən təyyarələri öz hava məkanına buraxmamağa başlayıb. Xəbər verilir ki, mayın 26 və 27-də Avropa hava şirkətlərinin bir neçə reysi üzrə uçan təyyarələrin Rusiya hava məkanına girişinə icazə verilməyib. Səbəb bu təyyarələrin Belarus hava məkanından imtina etməsi və ondan yan keçməsi olub.
Mayın 26-da Fransanın "AirFrance" hava şirkətinin AF1154 Paris-Moskva reysinin marşrutunun dəyişdirilməsi barədə ricasına Rusiyadan rədd cavabı verilib. Şirkət Moskvaya yaxın günlərdəki uçuşlarını ləğv etməyib, amma mayın 27-də Moskvaya uçmalı olan sərnişinləri Aeroflotun təyyarəsinə yerləşdiriblər. Mayın 27-də Avstriya hava yolları şirkətinin Vyanadan Moskvaya uçan reysi də ləğv olunub. Bu dəfə də Moskva təyyarənin Belarusdan yan ötən marşrutu ilə razılaşmayıb.
"İnterfax" agentliyi bildirir ki, sözü gedən reyslər çarter reysləri olub, beləki Rusiyadan Avstriya və Fransaya pandemiyaya görə dayandırılmış müntəzəm reyslər hələ bərpa olunmayıb. Məhz bu səbədən də çarter reyslərinin hər biri ayrıca olaraq Rusiyanın mülki aviasiya rəsmiləri ilə razılaşdırılmalıdır.
"Reuters" xəbər verir ki, Avropanın aviaşirkətləri mayın 25-dən etibarən Belarus üzərindən uçan reyslərinin marşrutlarını dəyişməyə başlayıblar. Avropanın mülki aviasiya tənzimləyicisi mayın 26-da Belarus hava məkanından yan keçmələri üçün bütün dünyanın aviaşirkətlərinə müraciət edib: "Bu hadisələrlə bağlı yaranmış vəziyyət Belarus hakimiyyətinin beynəlxalq aviasiya qaydalarına riayət etməsinə dair ciddi şübhələr oyadır".
Qərblə Belarus və Rusiya arasında aviasiya müharibəsi gedir - Sərt sanksiyalar hazırlanırMüxalif bloqerin havada "ovlanmasına" görə Minskə qarşı təkcə aviasiya qadağaları tətbiq edilmir, ötən gün "Böyük yeddilər"in (G7) xarici işlər nazirləri və Avropa İtttifaqının ali komissarı Belarusa qarşı sərt iqtisadi sanksiyaların tətbiqinə dair ümumi razılığa gəliblər. Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və ABŞ-dan ibarət G7 qrupunun bəyanatında habelə mayın 23-də sərnişin təyyarəsinin məcburən Minskə endirilməsi kəskin təqnid olunub. Bəyanatda Belarus hakimiyyətinə qarşı ən sərt sanksiyaların nəzərdən keçiriləcəyi bildirilir.
Almaniyanın xarici işlər naziri Heyko Maas deyib: "Aydın məsələdir ki, biz xırda sanksiyalarla addım atmayacağıq, Belarusdakı iqtisadi strukturu və maliyyə tranşlarını sanksiyalarla əhəmiyyətli dərəcədə hədəfləyəcəyik".
Məlumatlara görə sanksiyalar Belarusun neft emalı sektorunu, mineral gübrə sektorunu və digər aparıcı sənaye sahələrini əhatə edə bilər. (virtualaz.org) /publika.az

Dünya       Tarix: 28 may 2021
f Paylaş

Oxşar xəbərlər

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun cəbhədən son dəqiqə son xabarlar hava proqnozu