Qətərdə meydanda Azərbaycan üçün ayrılmış stenddə Qarabağ atları haqqında məlumat yerləşdirilib - FOTO/VİDEO
Qətərdə meydanda Azərbaycan üçün ayrılmış stenddə Qarabağ atları haqqında məlumat yerləşdirilib - FOTO/VİDEO
Dünən Qətərin paytaxtı Dohada "Bayraq Plaza"nın açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, mərasimdə Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin himayəsi altında, Qətər Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani, mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd bin Casim bin Həməd Al Tani, Qətər Muzeyləri Birliyinin sədri Şeyxa Əl Mayassa bint Hamad bin Xalifa Al Tani, gənclər və idman naziri Salah bin Xanim Al Ali və Qətərdə akkreditə olunan xarici ölkə diplomatik nümayəndəliklərinin rəhbərləri, eyni zamanda Azərbaycan Respublikasının səfiri Rəşad İsmayılov iştirak ediblər.
"Bayraq Plaza"nın açılış mərasimində Qətər Silahlı Qüvvələrinin orkestri çıxış edib, daha sonra Qətərdə akkreditə olunmuş 119 ölkənin, o cümlədən də Azərbaycan Respublikasının bayrağı qaldırılıb.
"Bayraq Plaza" meydanında Azərbaycan Respublikası üçün ayrılmış stenddə ölkəmiz haqqında qısa məlumatlar: üçrəngli bayraq, ölkə əhalisi, ərazisi, rəsmi dil və Azərbaycana xas olan heyvan növü (Qarabağ atları) haqqında məlumat yerləşdirilib.
Həmçinin, "Bayraq Plaza" meydanı ərazisində quraşdırılmış böyük monitorlarda Azərbaycanın mədəniyyəti, musiqisi, adət-ənənələri, turizm məkanları və təbiəti haqqında videoçarx nümayiş etdiriləcək.



Xidmetler [newsid: 0-123300]

Dünyanı nə gözləyir? – ABŞ və İranla bağlı mühüm AÇIQLAMA
Tural Əlizadəyə vəzifə verildi
Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz
Nənəmin təndiri'ndə yanğın oldu
Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik
Bu cərimələr 150 faiz artırılır
Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi
Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib
AVRO-2028: Rusiya millisi iştirak etməyəcək
Nazirdən maaşlarla bağlı MÜHÜM AÇIQLAMA
Suares illər sonra sirri açdı: Messi ilə Neymarı fikrindən daşındırmağa çalışıblar
Mbappedən Arda ilə bağlı paylaşım
Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!"