Qətərli futbolçular Türkmənistana gəlməkdən İMTİNA ETDİ
Qətərli futbolçular Türkmənistanın "Arkadağ" stadionunun açılışına gəlməkdən imtina ediblər.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, iyunun sonunda türkmən rəsmiləri Qətərdən olan həmkarlarından Arkadağ şəhərində yeni stadionun açılışında iştirak etmək üçün bu ölkənin istənilən futbol komandasını göndərməyi xahiş ediblər.
Qeyd olunub ki, xahiş son dərəcə israrlı olub. Görünür, türkmənistanlı rəsmilərdən biri ölkə rəhbərliyinə qətərli futbolçuları mərasimə gətirəcəyinə söz verib.
Məlumata görə, qətərlilər türkmən həmkarlarının təklifini rədd edib. Buna səbəb kimi müraciətin gecikməsi və futbolçuların yay tətilində olması göstərilib.
Nəticədə stadionun açılış mərasimində yerli "Arkadağ" klubu ilə hazırkı respublika çempionu "Axal" qarşılaşıb. Görüşdə meydan sahibləri 0:3 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Arkadağ şəhərinin açılışı iyunun 29-da respublikanın eks-prezidenti, "Arkadağ" titulunu daşıyan Qurbanqulu Berdiməhəmmədovun doğum günündə baş tutub. Bununla belə, sabiq prezidentin özü bayram mərasimində iştirak edə bilməyib. Çünki o, Həcc ziyarətinə gedən dövlət nümayəndə heyətinə rəhbərlik edib.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi