Qətlə yetirildiyi gün məhkəməyə verildi - Azərbaycanda dəhşətli olay

Qətlə yetirildiyi gün məhkəməyə verildi - Azərbaycanda dəhşətli olayBu gün Sumqayıtda qətlə yetirilən Həsənalı Piriyevin narkotikdə ittiham olunduğu məlum olub.
azxeber.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, daha əvvəl narkotikə görə saxlanılıb, lakin barəsində həbs qətimkan tədbiri seçilməyib. 
Bu gün isə Həsənalı Piriyevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
İş hakim Emin Abdullayevin icraatına verilsə də, məhkəmənin vaxtı müəyyənləşdirilməyib.
İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilib. Həmin maddədə deyilir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, barəsində cinayət işi açılan H.Piriyev bu gün Sumqayıtda qətlə yetirilib. Belə ki, saat 2 radələrində Sumqayıt şəhəri ərazisində 1990-cı il təvəllüdlü Həsənalı Piriyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1983-cü il təvəllüdlü Seymur Quliyevin aralarında yaranmış mübahisə zamanı Həsənalı Piriyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, S.Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub. Cinayət işi üzrə ibtidai istintaq davam edir.
Mətbuatda gedən məlumatlara görə öldürülən şəxs Həsənalı Piriyev əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşayıb. Qətl hadisəsi isə borc üstündə yaranmış mübahisə zamanı baş verib. Onun Seymur Qasımova 300 manat borcu olduğu və pulu qaytarmadığı bildirilir. Buna görə də onlar görüşüb məsələni həll etməyə çalışıblar. Lakin söhbət zamanı mübahisə düşüb və onların mübahisəsi davaya çevrilib. Nəticədə Seymur Qasımov Həsənalı Piriyevi bıçaqlayıb. Yaralı bir neçə addım getdikdən sonra qaynanasının evinin qarşısında müvazinətini itirib və oradaca keçinib.

Sosial       Tarix: 11 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat sonxəbər son xeberler bu gun bugünki xəbərlər