Qətlə yetirilən Mahir Allahverdiyev vəzifəli şəxs imiş - FOTO
Dekabrın 11-də Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində qətlə yetirilən 1975-ci il təvəllüdlü Mahir Allahverdiyev Qubadlı rayonu, Xocamusaqlı Kənd İnzibati Nümayəndəliyinin sədrinin müavini vəzifəsində çalışırmış.
KONKRET.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, M.Allahverdiyev daha əvvəl uzun müddət "Azərişıq"da işləyib. Hadisəni törədən 2003-cü il təvəllüdlü Murad Kazımov isə ali məktəblərdən birinin 3-cü kurs tələbəsi olub. Murad dərsdən sonra ailəsinə dəstək məqsədilə həm də işləyirmiş.
Bildirilir ki, qətl hadisəsi Mahir Allahverdiyevin yaşadığı binanın qarşısında baş verib. Axşam saat 21 radələrində Murad ona zəng edərək küçəyə çıxmasını istəyib. O, özündən 28 yaş böyük şəxsə 17 bıçaq zərbəsi endirib. M.Allahverdiyev hadisə yerində vəfat edib.
Bildirilir ki, mərhum M.Allahverdiyev 3 qız atası olub. O, həm də Birinci Qarabağ Müharibəsi iştirakçısı və qazi imiş. Hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.
Qeyd edək ki, qətlə yetirilən Mahir Allahverdiyev şəhid Vüsal Allahverdiyevin əmisidir. Vüsal cəbhəyə aparılarkən çağırış məntəqəsinin qarşısında avtobusda çəkilmiş görüntüləri ilə tez-tez xatırlanır.


Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır