Qəzalı körpüyə görə 2 500 sakin yollar axtarır
Astarada yağan güclü və intensiv yağışlar nəticəsində rayonun Sərək kəndindəki körpü qəzalı vəziyyətə düşüb. Bu hal Sərək və Deqədi kəndlərinin 2 500-ə yaxın sakinin gündəlik hərəkətində ciddi problemlər yaradıb.
KONKRET.az xəbər verir ki, əxminən 5 metr eni və 20 metr uzunluğu olan körpünün dağılması ilə əlaqədar kənd camaatı çətin vəziyyətlə üzləşib. Sakinlər xüsusilə uşaqları məktəbə aparmaqda çətinlik çəkdiklərini bildirirlər. Kənd sakini qeyd edib ki, sentyabrın 20-də baş verən təbii fəlakətdən sonra körpü yararsız hala düşüb və valideynlər uşaqları məktəbə aparmaq üçün hər gün işlərindən qalmalı olurlar.
Digər bir sakin isə rayon mərkəzinə getmək üçün qarşılaşdıqları problemi dilə gətirib: "Körpü dağılıb, yolumuz yoxdur. Evlərimizə gedə bilmirik. Alternativ yol da yoxdur. Rayon mərkəzinə çatmaq üçün təxminən 20 kilometr dövr etmək məcburiyyətindəyik."
Məsələ ilə bağlı Sərək kənd bələdiyyəsinin sədri Mehman Quliyev vəziyyətə aydınlıq gətirib. Sədr bildirib ki, sözügedən körpünün təmir-bərpa işlərinə başlanılacaq və onun 10-12 gün ərzində əvvəlki vəziyyətinə qaytarılması planlaşdırılır.
Hazırda aidiyyəti qurumlar tərəfindən körpünün bərpası üçün zəruri addımlar atılır.
Daha ətraflı Baku TV-nin süjetində:

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq