Qidadan zəhərlənən şagirdlər evə buraxıldı - YENİLƏNİB - 3

Qidadan zəhərlənən şagirdlər evə buraxıldı - YENİLƏNİB - 3Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin qidadan özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım briqadası tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 6 şagirdi müvafiq müayinə və müalicə prosedurundan sonra evə buraxılıb.
Bu barədə KONKRET.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
15:03
Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, ilkin ehtimallara əsasən, şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.
X X X
A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə zəhərlənən şagirdlərin son durumu açıqlanıb.
TƏBİB-dən KONKRET.az-a verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.
Qeyd olunub ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib: "6 nəfər (4-ü oğlan, 2-si oğlan) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir".
***
13:47
"Bakıdakı 20 nömrəli orta məktəbdə 10-a yaxın şagird quş əti tərkibli qida qəbul edib".
KONKRET.azxəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov 20 nömrəli məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
O söyləyib ki, şagirdlər mədə ağrısı şikayətləri ilə müraciət ediblər:
"Məktəbə təcili tibbi yardım briqadası çağırılıb və zərurət olan şagirdlər müayinə üçün xəstəxanaya aparılıblar. Onların vəziyyəti kafi, normal olaraq qiymətləndirilir.
Bu qidalar məktəb bufetinin müvafiq şirkət ilə razılaşması əsasında hazırlanır. Həmin şirkətə də bu barədə məlumat verilib. Aidiyyəti qurumlar da məsələni araşdırırlar. Müvafiq qurumlara məlumat verilib və aidiyyəti üzrə nəzarət ediləcək".
Qeyd edək ki, zəhərlənən şagirdlər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıblar.
***
13:23
Bakıda məktəblilər arasında zəhərlənmə olub. 
KONKRET.az xəbər verir ki, zəhərlənmə paytaxtın A.Hüseynzadə adına 20 nömrəli məktəbində qeydə alınıb.
İlkin ehtimala görə, zəhərlənmə ibtidai sinif şagirdləri arasında qeydə alınıb.
Bakı Şəhər Təhsil İdarəsindən Oxu.az-a bildirilib ki, məsələ araşdırılır.

Hadisə       Tarix: 07 aprel 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər son xabar cebheden xeber en yeni xeberler