Qırğızıstan Prezidenti latın əlifbasına QARŞI ÇIXDI
Qırğızıstan Prezidenti Sadır Japarov Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonalievi qəbul edib.
KONKRET.azPresident.kg saytına istinadən xəbər verir ki, görüşdə dövlət dilinin inkişaf perspektivləri müzakirə olunub.
İclasda Sadır Japarov milli komissiyanın sədrinə sərt irad tutaraq, onu dil siyasəti, xüsusən də qırğızcanın latın dilinə tərcüməsi ilə bağlı ehtiyatsız bəyanatlardan çəkinməyə çağırıb.
"Bu barədə danışmaq tezdir. Kiril əlifbasında dövlət dilini lazımi səviyyədə bilmədən latın əlifbasına keçiddən söhbət gedə bilməz. İndi bu sual qaldırılmır, dövlət dilinin inkişafı kiril əlifbasında davam etdirilməlidir", – deyə prezident qeyd edib.
Japarov dövlət dilinin dəstəklənməsi, qorunub saxlanılması və inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.
O, həmçinin Milli Komissiya tərəfindən ölkədə dil siyasətinin təkmilləşdirilməsi və tədbirlərin gücləndirilməsi istiqamətində işlərin davam etdirilməsinin zəruriliyini qeyd edib.
İqbal Rzayev,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi