Qırğızıstanda dövlət çevrilişinə cəhd: həbs edilənlər var
Qırğızıstanda xüsusi xidmət orqanları hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən üç deputatlığa namizədi saxlayıblar.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov məlumat verib.
"Onların saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğundur. Hazırda faktla bağlı araşdırma aparılır", - İmankulov bildirib.
Təhlükəsizlik Şurasının katibi həmçinin vurğulayıb ki, namizədləri dağıdıcı hərəkətlərə təhrik edənlər də məsuliyyətə cəlb edilməlidir:
"Mən düşünmürəm ki, bu gənclərin özləri bunu planlaşdırıblar. Yəqin ki, onların arxasında təşkilatçı var, yəqin ki, kimsə onları ideoloji cəhətdən silkələyib və indi məsələ bu insanları müəyyən etmək, onları üzə çıxarmaqdır".
Cümə günü Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (DKNB) Xüsusi Mühüm İşlər üzrə Böyük müstəntiqi Damir Suvanəliyev Mərkəzi Seçki Komissiyasının iclasında bildirib ki, Yaşıllar Partiyasının siyahısındakı 3 namizədlə bağlı hakimiyyəti zorla ələ keçirməyə cəhd maddəsi ilə cinayət işi açılıb. O, hazırda şübhəli şəxslərin saxlanılmadığını qeyd edib. MSK-dan onların cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verilməsini istəyib. Mərkəzi Seçki Komissiyası bu vəsatəti təmin edib.
Cümə günü səhər saatlarında Milli Təhlükəsizlik Dövlət Komitəsi xüsusi xidmət orqanlarının Daxili İşlər Nazirliyi ilə birlikdə ölkədə hakimiyyəti zorakılıqla ələ keçirməyi planlaşdıran cinayətkar qrupun fəaliyyətinin qarşısının alınması barədə məlumat yayıb. Komitənin məlumatına görə, bir qrup şəxs seçkilərdən dərhal sonra ölkədə təxribatlar təşkil etməyi və ictimai-siyasi sabitliyi pozmağı, ardınca isə hakimiyyəti zorala ələ keçirməyi planlaşdırıb. İstintaqın məlumatına görə, bu qrupun rəhbərliyinə parlament üzvləri və keçmiş yüksək vəzifəli məmurlar daxildir.
Bazar günü Qırğızıstanda parlament seçkiləri keçirilir. Bütün ölkə üzrə saat 08:00-da açılıb və 20:00-da bağlanacaq.
2020-ci ilin payızında keçirilən parlament seçkiləri çoxsaylı seçki qanun pozuntularına görə MSK tərəfindən etibarsız elan edilib. Onların nəticələrinin yekunlaşdırılması kütləvi nümayişlər, ölkədə prezidenti və hökumətin dəyişməsi ilə başa çatıb.
Hüseyn
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var
Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi