Qırğızıstanda energetika nazirinə qarşı cinayət işi açıldı
Qırğızıstanın Baş Prokurorluğu ölkənin energetika naziri Doskul Bekmurzayevə qarşı iki cinayət işi açıb.
KONKRET.az "Interfax"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"Qırğızıstanın Baş Prokurorluğu energetika naziri Doskul Bekmurzayevə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə faktları üzrə iki cinayət işi qaldırıb", – deyə mətbuat xidmətindən bildirib.
Prokurorluğun məlumatına görə, 2021-2022-ci illərdə energetika naziri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsi hesabına əməkdaşları BƏƏ, Türkiyə, Özbəkistan və Rusiyaya ezamiyyətə göndərib, nəticədə dövlətə maddi ziyan dəyib.
Bundan başqa, Bekmurzayev "Elektrik Stansiyaları" ASC-nin müvəqqəti istifadəsində olan "Teplye Klyuçi" sağlamlıq kompleksinin obyektlərində təmir işləri apararkən 15 milyon somdan (180 min dollar) çox ziyan vurub.
İqbal Rzayev,
KONKRET.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır