Qırğızıstanın həbs edilən sabiq prezidentinə cəza kəsildi - MƏHKƏMƏ HÖKMÜ
Bişkek rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevi əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə həbs cəzasına məhkum edib.
Publika.az Qırğızıstan mətbuatına istinadla xəbər verir ki, məhkəmə Almazbek Atambayevi kriminal "avtoritet" Əziz Batukayevin həbsdən qanunsuz azad edilməsi barədə iş üzrə təqsirkar sayıb. Sabiq prezident, həmçinin korrupsiyanın təşkilində təqsirli bilinib.
Dövlət ittihamçısı Almazbek Atambayevə əmlakı müsadirə olunmaqla 15 il həbs cəzası verilməsini istəyib.
Kriminal "avtoritet" Əziz Batukayevin qanunsuz azad edilməsi barədə iş üzrə 19 sabiq məmur şübhəli bilinir. Onlardan 14-ü istintaqla əməkdaşlıq etməyə razılıq verib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək