Qisas arzusu ilə alışıb-yanan şəhidimiz... - VİDEO

Qisas arzusu ilə alışıb-yanan şəhidimiz... - VİDEOQisas arzusu ilə alışıb-yanan şəhidimiz... - VİDEO
O, iyul ayında Tovuzda baş verən erməni təxribatlarından sonra orduya könüllü yazılır. General Polad Həşimovun şəhid olması ona çox pis təsir edir. Hər gün müharibənin başlamasını və torpaqların azad olunmasını arzulayır. 27 sentyabrda Azərbaycan qoşunlarının növbəti erməni təxribatına cavab olaraq başlatdığı əks-hücum əməliyyatı Əlini sevindirir. Yenidən hərbi komissarlığa yollanır və istəyinə nail olur. Oktyabrın 5-də Orduya çağırılır, döyüşlərə yola düşür. Oktyabrın 17-də cəbhənin Ağdərə - Ağdam istiqamətlərində gedən döyüşlərdə qərhəmancasına şəhid olur.
"Qafqazinfo" şəhid Əli Ələkbərovun evində olub və onun ailəsindən reportaj hazırlayıb. Əli sentyabrın 29-da hərbi komissarlığa yollanıb evə qayıtdıqdan sonra bir saat dayanmadan ağlayıb. Bunu onun həyat yoldaşı Lalə Ələkbərova deyir:

"Evə gəldi və xeyli ağladı. Heç vaxt onun ağladığını görməmişdim. Səbəb isə o idi ki, hərbi komissarlıqda olarkən ora bir neçə şəhid nəşi gəlmişdi. Deyirdi ki, gənc insanlarımız şəhid olur və biz də müharibəyə getməliyik, döyüşməliyik. Əvvəl döyüşlərə gedəcəyini bizdən gizlədirdi. Sentyabrın 29-u gəldi, hərbi biletini götürdü. İlk müraciətində komissarlıqdan bildirilmişdi ki, əsgərimiz çoxdur və lazım olsa, sizinlə əlaqə saxlayacağıq. Müharibəyə getmək arzusu idi və Allah onun bu arzusunu eşitdi. Getdikdən sonra bizimlə əlaqə saxlayırdı. Lakin oktyabrın 15-dən sonra əlaqəmiz kəsildi. Gedərkən demişdi ki, mən son damla qanıma qədər döyüşəcəyəm".
Şəhidin atası Ələkbər Ələkbərov da döyüşçü olub. O, ilk Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Bu məlumatı onun anası Rəna Bağırova verir:
"Onun atası 1992-ci ildə olan Xocalı qətliamından sonra müharibəyə yollandı. Orada yaralılara kömək etdi. Füzulidə gedən döyüşlərdə də iştirakçı oldu. Bəlkə də Əliyə bu vətənpərvərlik atasından keçmişdi. Əli döyüşə gedərkən dedi ki, şəhid olsam, heç zaman üzülməyin"
Əlinin qardaşı Sadıq bildirir ki, Əli döyüşə gedərkən övladlarını ona əmanət edib:
"Mənə dedi ki, övladlarım sənə əmanətdir. Ailəmə yaxşı baxarsan.
Müdafiə Nazirliyinə gedərkən orada vəzifəli şəxs mənə bildirdi ki, 70 faiz şəhid xəbərinə hazırlaşın. Lakin anam xəstə olduğu üçün bunu iki gün ondan gizlətdim.
Topçu idi. Oktyabrın 11-12-si Tərtərdə idi. Oktyabrın 15-i danışanda dedi ki, Ağdamdayıq. Elə orada qəlpə yarası alaraq şəhid olub.
Noyabrın 12-si nəşini əmimgilə göstəriblər. Oktyabrın 17-dən torpaqda qalıb və meyiti tanınmaz halda idi. Üstündən sənədləri çıxdı. Uşağından DNK analizi götürdülər. Noyabrın 21-də DNK analizi dəqiqləşdi və cənazəsini göndərdilər".
Qisas arzusu ilə alışıb-yanan şəhidimiz... - VİDEOQisas arzusu ilə alışıb-yanan şəhidimiz... - VİDEOQisas arzusu ilə alışıb-yanan şəhidimiz... - VİDEOQisas arzusu ilə alışıb-yanan şəhidimiz... - VİDEOQisas arzusu ilə alışıb-yanan şəhidimiz... - VİDEOQisas arzusu ilə alışıb-yanan şəhidimiz... - VİDEOQisas arzusu ilə alışıb-yanan şəhidimiz... - VİDEO

Siyasi       Tarix: 05 dekabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber saytlari beynelxalq bank mezenne xəbərlər.com en yeni xeberler