Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnozQlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağı ilə bağlı gözləntilər artsa da, ekspertlər yaxın perspektivdə kəskin qiymət dəyişiklikləri proqnozlaşdırmırlar.
Bəs qarşıdakı aylarda qızıl bahalaşacaq, yoxsa qiymətlər sabit qalacaq?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, son dövrlərdə ABŞ-da məşğulluq göstəricilərinin zəifləməsi qızılın bahalaşacağı ilə bağlı müəyyən gözləntilər yaratmışdı.
Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnozOnun sözlərinə görə, sonrakı proseslər fərqli istiqamətdə inkişaf edib:
"Yaxın dövrlərdə qızılın qiymətinin bahalaşması ehtimalı yoxdur. Dünya bazarında, xüsusilə də ABŞ-da məşğulluq göstəricilərinin azalması qızılın bahalaşacağı ilə bağlı müəyyən gözləntilər formalaşdırmışdı. Lakin dolların möhkəmlənməsi, geosiyasi mühitdə nisbi sabitliyin yaranması və Yaxın Şərqdə gərginliyin azalması investorların qızıldan çıxaraq real sərmayə bazarlarına yönəlməsinə səbəb olub. Buna görə də hazırda qızılın qiymətində ciddi bahalaşma proqnozlaşdırılmır."
İqtisadçı qeyd edib ki, bununla belə müəyyən qiymət dəyişiklikləri mümkündür. Ancaq söhbət kəskin artım və ya enişdən getmir:
"Dünya Qızıl Şurasının proqnozlarına görə, qızılın qiymətində müəyyən dalğalanmalar ola bilər. Bu dəyişikliklərin 3-5 faiz civarında olacağı gözlənilir. Belə dalğalanmalar bazar üçün normal hesab edilir və nə ciddi bahalaşmaya, nə də kəskin ucuzlaşmaya səbəb olacaq."
R.Abbasbəyli vurğulayıb ki, qlobal geosiyasi risklər tam aradan qalxmasa da, onların yaxın dövrdə kəskinləşəcəyi ilə bağlı gözləntilər də yüksək deyil.
"Yaxın Şərqlə bağlı proseslərdə müəyyən həssaslıq qalmaqdadır. Hər an hərbi və ya siyasi gərginlik yarana bilər. Məhz buna görə də qızılın ciddi ucuzlaşması gözlənilmir. Digər tərəfdən, gərginliyin artması ehtimalı da yüksək olmadığı üçün qızılın bahalaşacağı proqnozlaşdırılmır."
İqtisadçının fikrincə, əgər qarşıdakı aylar ərzində gözlənilməz hərbi və ya siyasi hadisələr baş verməzsə, qızılın qiyməti əsasən sabit qalacaq. Qızıl bundan sonra da etibarlı və sığortalı investisiya aləti statusunu qoruyacaq. Lakin yaxın aylarda qiymətində ciddi dəyişiklik gözlənilmir.
Müşviq Tofiqoğlu
KONKRET.az

Sosial       Tarix: 15 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Oktyabrda həyatı dəyişəcək dörd bürc - Yeni səhifə açılır

2026-cı ilin oktyabr ayı bəzi bürclər üçün yeni fürsətlər, gözlənilməz hadisələr və mühüm qərarlar dövrü ola bilər. Keçmişdə yarım qalan məsələlər yenidən gündəmə gələcək, münasibətlərə və maliyyə qərarlarına fərqli yanaşma

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur

Oktyabrın 13-də, saat 22:00 radələrindən dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb. bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumat

Qoyulan stend boğazımı çürütdü' - Kömək istədi

Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın yenidən əməliyyat olunmasına ehtiyac var. xəbər verir ki, bu barədə sosial mediada paylaşım edən Ləma

Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: "Uşaqları ideologiyaya girov etmək cinayətdir

Azərbaycanda məktəblərdə hicab ətrafında davam edən müzakirələrə publisist Elmir Mirzəyev də münasibət bildirib. xəbər verir ki, publisist sosial şəbəkə hesabında paylaşım edərək dünyəvi dövlət prinsipləri və dini geyiml

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:. 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar"

Gümüş bahalaşdı, qızıl ucuzlaşdı

Nyu-York birjasında gümüşün qiyməti artıb. xəbər verir ki, COMEX əmtəə birjasında gümüşün unsiya üzrə fyuçersləri isə 0.11% bahalaşaraq 61.11 ABŞ dolları təşkil edib. COMEX-də qızıl fyuçerslərinin dəyəri 0.14% azalaraq 4.21

Azərbaycanda bu valyutalar bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat olub. xəbər verir ki, avronun məzənnəsi 0,24 % artaraq 1,9093 manat, 100 Rusiya rublunun məzənnəs

Yol polisi sürücülərə müraciət etdi

Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) həftəsonu yollard

İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə

Bəzən bir insanın sizə qarşı münasibətini sözlərindən deyil, davranışlarından anlamaq mümkündür. Xüsusilə gündəlik ünsiyyətdə bəzi kiçik detallara diqqət yetirməklə qarşı tərəfin sizdən uzaq durmağa çalışdığını hiss etmə


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeber ən son xəbərlər qarabag sosial yardim