Qızıl almaq istəyənlər oxusun: Qiymətlər belə olacaq

Qızıl almaq istəyənlər oxusun: Qiymətlər belə olacaqQızılın dəyəri bir unsiya üçün 3719 ABŞ dollarını keçərək tarixi maksimum göstəriciyə çatıb. Maraqlıdır, qızılın dəyəri yaxın aylarda daha da arta bilərmi?
İqtisadçı Kənan Quluzadə KONKRET.az-a açıqlamasında bildirib ki, qiymətin rekord həddə qalxmasının bir neçə əsas amili var.
Qızıl almaq istəyənlər oxusun: Qiymətlər belə olacaqOnun sözlərinə görə, ABŞ dollarının zəifləməsi qızıla olan tələbi artırıb:
"Dollar ənənəvi olaraq qızılın əsas əks göstəricisidir. Son aylarda ABŞ valyutasının zəifləməsi qiyməti yüksəldən faktorlardan biridir. Digər tərəfdən, ABŞ Federal Ehtiyat Sistemi və digər mərkəzi bankların faiz dərəcələrini azaldacağı gözləntiləri də qızılı daha cəlbedici edib. İnflyasiya və iqtisadi qeyri-müəyyənlik fonunda investorlar təhlükəsiz liman kimi məhz qızıla üstünlük verirlər. Bundan əlavə, müharibələr, ticarət münaqişələri və borc böhranları da qiymətin artımını dəstəkləyən səbəblərdəndir. Son illər bir çox ölkələrin mərkəzi banklarının ehtiyatlarını diversifikasiya məqsədilə qızıla böyük həcmdə sərmayə yatırması da artım tendensiyasını gücləndirib".
Ekspert qeyd edib ki, beynəlxalq maliyyə institutları qızılın qiymətinin yaxın aylarda 3800–4000 dollar diapazonuna qədər yüksələ biləcəyini istisna etmirlər:
"UBS, JPMorgan kimi iri banklar isə hətta 2025-ci ilin sonuna qədər daha yüksək hədlərin görülə biləcəyini proqnozlaşdırırlar. Amma bazarda qısa müddətli korreksiya ehtimalı da böyükdür. Rekord həddə çatmış qiymətlər bəzi investorları mənfəəti realizasiya etməyə vadar edə bilər ki, bu da qiymətdə müvəqqəti eniş yaradar ".
Onun sözlərinə görə, korreksiya riskini artıran faktorlar ABŞ dollarının güclənməsi, inflyasiyanın gözləniləndən tez aşağı enməsi, Federal Ehtiyat Sisteminin faiz endirimlərini gecikdirməsi və geopolitik gərginliklərin azalması ola bilər.
"Bu amillərdən hər hansı biri qızılın qiymətində 5–10% arası geriləmə yarada bilər. Hazırda qızıl bazarında orta və uzunmüddətli artım tendensiyası üstünlük təşkil edir. Amma qısa müddətdə qiymətlərdə müəyyən düzəliş qaçılmaz görünür. Bu səbəbdən qızıl alanlar üçün yaxın aylar həm fürsət, həm də risklərlə doludur. Əsas strategiya isə riskləri balanslaşdırmaq və qızılı tək investisiya vasitəsi deyil, portfelin diversifikasiyası üçün təhlükəsiz liman kimi görməkdir", – deyə iqtisadçı vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 17 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycanda son xeberler hava haqqinda ən son xəbər beynelxalq bank mezenne