Qızıl qiyməti ilə bağlı YENİ PROQNOZ
İlin sonuna qədər qızılın bir unsiyasının qiyməti 4 min ABŞ dollarını keçə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə "İzvestiya" nəşri ekspertlərə istinadən məlumat yayıb. Ekspertlər qeyd edirlər ki, geosiyasi vəziyyətin pisləşməsi və ABŞ Federal Ehtiyat Sisteminin (FES) sərt pul-kredit siyasəti qiymət artımına səbəb ola bilər.
Sentyabrın 9-da qızılın qiyməti rekord həddə çataraq 3 670 dolları keçib. 2025-ci ilin əvvəlindən bəri qiymətli metalın dəyəri təxminən 35% artıb.
"Stabilliyin pozulduğu dövrlərdə mərkəzi banklar ehtiyatlarını aktiv şəkildə qızıl hesabına artırırlar və bu da onun qiymətinin artmasına təkan verir", — deyə "BCS Mir İnvestisiy" analitiki Nikolay Maslikov bildirib.
Ekspertlər hesab edirlər ki, ABŞ və Çin arasında ticarət müharibəsi və Yaxın Şərqdə münaqişənin dərinləşməsi halında qızılın qiyməti daha da arta bilər. Belə bir vəziyyətdə ABŞ-da inflyasiya yüksələcək və FES faiz dərəcəsini yüksək səviyyədə saxlamaq üçün sərt siyasət aparmalı olacaq.
Perm Politexnik Universitetinin eksperti Yuliya Starodumova isə bildirib ki, qızıl inflyasiya və iqtisadi qeyri-sabitlik şəraitində dəyərini qoruyan etibarlı sığınacaq aktiv olaraq qalır.
Qeyd edək ki, bundan əvvəl Rusiyada dekabr ayında dolların 100 rubl olmasının mümkünlüyü də istisna edilməmişdi.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA