Qızıl sürətlə bahalaşır - 3000 dollara çata bilər
Əgər ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) faiz dərəcələrini kəskin şəkildə azaldarsa və dollar indeksi zəifləyərsə, qızılın bahalaşması qaçılmaz olacaq. Çünki dolların dəyəri düşəndə, qızılın qiyməti artır. Hazırda isə investorlar FES-in qərarlarını yaxından izləyirlər.
KONKRET.az xəbər verir ki, bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli dünya qızıl bazarında qiymətin sürətlə qalxması barədə danışarkən deyib.
"Qızılın dəyəri bir çox amillərdən asılıdır. Xüsusilə, qlobal iqtisadi və geosiyasi qeyri-sabitlik dövrlərində investorlar daha çox qızıla yönəlirlər ki, sərvətlərini qoruya bilsinlər. Hazırda dünyada iqtisadi qeyri-müəyyənlik davam edir, müharibələr və maliyyə bazarlarındakı dalğalanmalar qızıla olan tələbi artırır", – o bildirib.
Natiq Cəfərli hesab edir ki, yaxın aylarda qızılın qiymətinin yüksəlməsi mümkündür:
"Əgər qızılın unsiyası 3000 dollar səviyyəsinə çatsa, müəyyən müddət ərzində orada sabit qala bilər. Qlobal iqtisadi mənzərədən asılı olaraq qiymətlərdə daha çox artımın müşahidə olunması mümkündür".
Qeyd edək ki, dünya bazarında hazırda qızılın bir unsiyası 2,663.30 dollaradır.
Azərbaycan bazarında isə qızılın 1 unsiyası 4,868.6810, 1 qramı 156.53 manatadır.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi