Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA

Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMADünya bazarında qızılın qiymətinin oktyabr ayında 7,3 faizdən çox ucuzlaşması son 18 ilin ən kəskin aylıq enişlərindən biri kimi diqqət çəkib. Qiymətlərdəki bu dəyişiklik Azərbaycanda da qızıl bazarının gələcəyi ilə bağlı suallar yaradıb. Xüsusilə, dünya birjasında baş verən ucuzlaşmanın ölkədə qızılın satış qiymətlərinə, zərgərlik məmulatlarına və investisiya məqsədilə alınan qızıla nə dərəcədə təsir göstərəcəyi maraq doğurur.
Bəs dünya bazarında qızılın ucuzlaşması yerli mağazalarda da qiymətlərin aşağı düşməsinə səbəb olacaqmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, qızılın qiyməti dünya birjalarında daim dəyişir və bu dəyişikliklərə gündəlik deyil, müəyyən dövr üzrə qiymətləndirmə aparmaqla yanaşmaq lazımdır.
Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMAOnun sözlərinə görə, oktyabr ayında müşahidə olunan ucuzlaşmaya baxmayaraq, son 30 günün göstəriciləri daha fərqli mənzərə ortaya qoyur:
"Birjada qızılın qiyməti saniyə-saniyə dəyişir. Oktyabr ayında təxminən 7 faiz ucuzlaşma qeydə alınıb. Ancaq son 30 günün göstəricilərinə baxdıqda azalma 2 faizdən bir qədər çoxdur. İlin əvvəlindən hesabladıqda isə qiymət cəmi 4,9 faiz aşağı düşüb. Yəni əvvəlki ucuzlaşmanın müəyyən hissəsi son günlərdə yenidən kompensasiya olunub. Qızılın qiymətində belə dalğalanmalar normaldır".
İqtisadçı qeyd edib ki, dünya bazarında baş verən qiymət dəyişiklikləri Azərbaycandakı qızıl satışına da təsir göstərir. Lakin bu təsir bütün məhsullarda eyni sürətlə və eyni həcmdə hiss olunmur.
X.Kərimlinin sözlərinə görə, investisiya məqsədilə alınan xalis qızılın qiyməti dünya birjasındakı dəyişikliklərə daha həssasdır. Zərgərlik məmulatlarının qiymətinə isə bir sıra əlavə amillər təsir edir:
"Qızıl deyəndə zərgərlik məmulatını nəzərdə tutmaq düzgün deyil. Mən qızılın birja qiymətindən danışanda xalis, yəni lom qızılını, sikkələri və investisiya məqsədilə alınan qızılı nəzərdə tuturam. Bu məhsulların qiymətinə dünya bazarındakı dəyişikliklər daha sürətli təsir edir. Ancaq zərgərlik məmulatının tərkibində yalnız qızılın dəyəri yoxdur. Burada brilyant, ustanın əməyi, mağazanın icarə haqqı, vergilər və digər xərclər də nəzərə alınır".
İqtisadçı vurğulayıb ki, dünya bazarında qızılın qiymətinin 3 faiz dəyişməsi zərgərlik məmulatının satış qiymətində eyni həcmdə əks olunmur. Belə ki, bu dəyişiklik məhsulun ümumi qiymətinə təxminən 1,5 faiz təsir göstərir.
Onun fikrincə, ilin əvvəlindən qızılın qiymətində qeydə alınan 4,9 faizlik azalmanın zərgərlik məmulatlarına təsiri də təxminən 2,5 faiz səviyyəsində ola bilər.
X.Kərimli hesab edir ki, dünya birjasında qiymətlərin dəyişməsini əsas götürərək mağazalarda dərhal ucuzlaşma gözləmək doğru yanaşma deyil. Çünki satıcılar da bazardakı gündəlik dalğalanmaları nəzərə alır və qiymətləri hər dəyişiklikdən sonra yeniləmir.
Beləliklə, dünya bazarında qızılın ucuzlaşması Azərbaycanda xüsusilə investisiya məqsədilə alınan xalis qızılın qiymətinə daha tez təsir göstərə bilər. Zərgərlik məmulatlarında isə əlavə istehsal və satış xərcləri səbəbindən ucuzlaşmanın daha məhdud həcmdə hiss olunması gözlənilir.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 10 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş

2027-ci il yanvarın 1-dən Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal olunan süd və yumurtanın ümumi miqdarı uçota alınacaq. Artıq yalnız satılan deyil, şəxsi istehlaka və digər məqsədlərə sərf olunan məhsulla

Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında

Qanunvericilikdə nəzərdə tutulan sosial təminatların həyata keçirilməsi zamanı bəzi hallarda problemlər yaranır. Valideyn himayəsindən məhrum olmuş, ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil ala

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

"Bəzi ölkələrdə buraxılmış səhvləri biz də təkrar etsək, bir müddət sonra heyvandarlıqda çox ağır vəziyyət yaranacaq". oxuaz-a istinadən xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -a istinadən xəbər verir ki, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildə

Bank əməkdaşı futbol oynayarkən qəfil öldü

Şuşa şəhərindən məcburi köçkün olan və Bakı şəhərində müvəqqəti məskunlaşan "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı, 40 yaşlı Yasən Tərxan oğlu Məmmədov vəfat edib. Yasən Məmmədov futbol oynayarkən ürə

Hansı ölkədə təqaüdə çıxma daha sərfəlidir? - Reytinq

"Natixis Qlobal Təqaüd İndeksi" dünyada təqaüdə çıxmaq üçün ən əlverişli ölkələrin reytinqini bəyan edib. -a istinadla xəbər verir ki, 2026-cı il üzrə nəticələrə əsasən, Norveç təqaüdçülər üçün ən yaxşı ölkə seçilib

Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər

Hüquqi şəxslərin elektron dövlət qeydiyyatına görə rüsum güzəştinin daraldılması təklif olunur. xəbər verir ki, hazırda hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır. Layihədə isə bu güzəştin yerli və ya xaric

Minik avtomobili ilə sərnişin mikroavtobusu toqquşub

Göyçay rayonunda qəza baş verib. -a istinadən xəbər verir ki, Göyçay şəhərinin mərkəzi hissəsində minik avtomobili sərnişin mikroavtobusu ilə toqquşub. Faktla bağlı araşdırma aparılır

Qızıl və gümüş bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 55,1 dollar artaraq 4 130 dollar təşkil edib. xəbər verir ki, gümüş isə 1,18 dollar artaraq 53,12 dollara bərabər olub


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxəbərlər cəbhədən ən son xəbərlər metbuat xeberleri bugünkü son xəbərlər