Qızını 37 manata görə döyüb, hamilə arvadını öldürən şəxsin cəzası AÇIQLANDI
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə və döyməkdə təqsirləndirilən Vüqar Nemətova hökm oxunub.
azxeber.com "qafqazinfo"ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü V.Nemətova Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə 19 il həbs cəzası verilib.
Hadisə ötən il oktyabrında, axşam saatlarında ailənin yaşadığı ünvanda qeydə alınıb. Araşdırmalar zamanı məlum olub ki, həmin gün təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olarkən 2015-ci il təvəllüdlü qızını dəmir boru ilə döyüb. Həyat yoldaşı Səidə Nemətova qızını döyməməsi üçün V. Nemətovu sakitləşdirməyə çalışarkən Vüqar dəmir parçası ilə qadını döyərək öldürüb.
Müəyyən edilib ki, Vüqar işdən evə gələn zaman evlərinin yaxınlığında yerləşən marketlərdən birində kassir işləyən qadın əməkdaş ona azyaşlı qızının iki gün əvvəl mağazadan çörək alan zaman 37 manatlıq oğurluq etdiyini deyib. O, kamera görüntülərinə baxdıqdan sonra evə gəlib.
Bu haqda qızından soruşanda uşaq olanları etiraf edərək, "Ata, mən şokolad, qələm, dəftər, karandaş" götürmüşəm", - deyib. Bundan sonra Vüqar yaxınlıqda yaşayan xalası oğlugilə gedərək ondan borc istəyib. Lakin müsbət cavab ala bilməyərək yenidən mağazaya qayıdıb. Orada noyabrda maaş alacağını və qızının borcunu qaytaracağını desə də, təklifi qəbul edilməyib. Bundan sonra ata yenidən evə gedərək qanlı hadisəni törədib.
Məhkəmədə təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadə verməkdən imtina edib.
Qeyd edək ki, 11 ildir ailəli olan Səidə Nemətova 26 həftəlik hamilə imiş.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi