Qızını öldürən ata: "O, Zaur Baxşəliyevin verilişinə çıxaraq məni biabır etdi"

Qızını öldürən ata: Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda qızını qətlə yetirməkdə təqsirləndirilən İftixar Davudovun məhkəməyə verdiyi ifadəsi məlum olub.
KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində göstərib ki, mərhum qızı Jalə Davudova onun birinci nikahdan olan övladıdır. Boşandıqdan sonra məhkəmə aliment təyin edib, cəmi 1-2 ay aliment verib. Sonra Jalənin anası Zümrad ərə gedib. Zümradın əri aliment lazım olmadığını, Jaləni özünün böyüdəcəyini söyləyib. Jalə böyüyəndən sonra İftixara zəng eleyib. Lakin atası onun barəsində pis sözlər eşitdiyinə görə qızı ilə əlaqə qurmaq istəməyib.
İftixar Davudov qeyd edib ki, Jalə 2018-2019-cu ildən onu təhdid etməyə başlayıb, atasına haqqı olanı verməsə, onu biabır edəcəyini bildirib. Neçə ildir ki, onlara əziyyət verib, sosial şəbəkələrdə onu və ailəsini təhqir edib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Jalə sosial şəbəkələrdə şəkillər paylaşıb, onun qızlarını, nəvələrini təhqir edib. Hətta qızı bir dəfə aparıcı Zaur Baxşəliyevin verilişinə çıxıb onu biabır edib. Jalə Türkiyəyə gedib, oradan instaqram sosial şəbəkəsi vasitəsi ilə foto şəkillər paylaşıb.
2021-ci ildə Jaləni Türkiyədən gətirdib, təyyarə biletini alıb, gələn gün ev tutub. Jalə tutduğu evi bəyənməyib, onu hotelə yerləşdirib. Qızı ondan 150 min manat pul tələb edib. Jalə paylaşdıqlarını silsin deyə ona hər gün 20 manat və hər ay 300 manat kirayə pulu göndərib.
İftixar Davudov söyləyib ki, qızının hədə-qorxu gəlməsi ilə bağlı 34-cü Polis Şöbəsinə müraciət edib, lakin heç bir nəticəsi olmayıb. Bütün qohumların, qonşuların yanında biabır olduqlarını, neçə dəfə Jaləyə xəbərdarlıq etdiklərini, oğlunun Jalənin anasının yanına gedib onun hərəkətləri barədə xəbərdar etdiyini bildirib. Atası Jalənin yaşadığı ünvana gedib, liftdən çıxanda qızı ilə qarşılaşıb. Qorxutmaq məqsədi ilə özü ilə bıçaq aparıb.
O bildirib ki, qızını öldürmək məqsədi olmayıb. Jalə onu görən kimi qışqır-bağır salıb, həm atasına, həm də qardaşına ağır sözlər deyib. Onun çox qışqırdığını gördükdə bıçağı çıxarıb. Jalə bıçağı əlindən alaraq pilləkənların arasından aşağıya atıb. Blokdan çıxan zaman Jalə yenə qışqırıb.
"Həmin vaxt özümdə olmadığım üçün bıçağı yerdən götürərək Jalənin boyun nahiyəsinə bir zərbə vurdum. Sonra bıçağı tullayıb blokdan çıxdım. Törətdiyim əməldən peşmanam. Hadisəni törətdikdən sonra polisə gedib, könüllü təslim oldum. Həmin vaxt affekt vəziyyətində olmuşam", – deyə, təqsirləndirilən şəxs vurğulayıb.
Qeyd: Ötən il iyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini 1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Aparılan araşdırmalarla zərərçəkmişin atası, 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İftixar Davudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə       Tarix: 06 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Günəşdə güclü partlayış oldu

Günəşdə güclü partlayış qeydə alınıb. xəbər verir ki, sentyabrın 2-də axşam saatlarında Günəşdə gücünə görə ikinci ən yüksək sinif hesab edilən M sinifli partlayış baş verib. Hadisə təxminən 39 dəqiqə davam edib. Bundan əvvə

Əməkdar memar dünyasını dəyişdi

Əməkdar memar Əhməd İzmayılov vəfat edib. KONKRET.azxəbər verir ki, bu barədə "Yeni Sabah"a mərhumun yaxınları məlumat verib. Ə. İzmayılov Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının üzvü idi. Allah rəhmə

Məşhur aşpazın yeganə övladı faciəvi şəkildə öldü - FOTO 

Dünən Yasamal rayonunda dəhşətli hadisə baş verib. xəbər verir ki, saat 14 radələrində Salyan rayon sakini 18 yaşlı Ş.Atayev Hüseyn Cavid prospekti 81 ünvanındakı binadan yıxılıb. Çoxmərtəbəli binanın 13-cü mərtəbəsinin girişindək

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. KONKRET.azbildirir ki, 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanov

Azərbaycanlıların olduğu avtobus Rusiyada qəzaya düşdü - ölənlər və yaralananlar var 

Bakıdan Gürcüstana qatarla gedən, daha sonra avtobusla Moskva istiqamətində yola davam edən azərbaycanlılar Rusiyanın Stavropol diyarında ağır qəzaya düşüblər. Bu barədə Stavropol diyarı üzrə Azərbaycan icmasının rəhbər

Şəkidə oteldə yanğın oldu

Şəkidə oteldə yanğın olub, beş nəfər təhlükəsiz əraziyə təxliyə olunub. apa-ya istinadla xəbər verir ki, avqustun 31-i axşam saat 23 radələrində Şəki şəhəri, M. Şəhriyar küçəsində Telman Tofiq oğlu Məcidova məxsus ikimərtəbəl

50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı

Göygölün Üç Təpə kəndində kişi meyiti tapılıb. xəbər verir ki, 1976-cı il təvəllüdlü Fədail Hüseynovun meyiti yaşadığı evdə aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkraşları cəlb olunub. Faktla bağlı Göygö

Gəncə şəhərində yanğın oldu

Gəncə şəhəri, Bağmanlar küçəsində yanğın qeydə alınıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhə

Paşa Şirinov vəfat etdi

Lerik rayonunda tanınmış şəxs olan Zenoni kənd orta məktəbinin direktoru Paşa Şirinov vəfat edib. qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddətdir səhhətində problem yaranan və Bakıda xəstəxanaya yerləşdirilən pedaqo


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri xabar az ən son xəbərlər cəbhədən canlı