QMİ Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pislədi

QMİ Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pislədiQafqaz Müsəlmanları İdarəsi Azərbaycanın Britaniyadakı səfirliyinə hücumla bağlı bəyanat yayıb.
azxeber.com xəbər verir ki, QMİ, bəyanatda 4 avqust 2022-ci il tarixində Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktını narahatlıq hissi ilə qətiyyətlə pisləyir və öncədən hazırlanmış, siyasi məqsədli terror, vandalizm aktı kimi qiymətləndirir:
"Bu hadisə Azərbaycan Respublikasına, ümumən beynəlxalq hüquqa zidd təxribat aktıdır. Aşkar şəkildə dindən sui-istifadə edən "Mehdinin xidmətçiləri" adlı radikal qruplaşmanın müstəqil Azərbaycanın suverenliyini və atributunu – dövlət bayrağını hədəf alması, aksiyanın dini şüarlar və məzhəbi tələblərlə müşayiət olunması dindən sui-istifadə və nifrətə çağırış kimi dəyərləndirilə bilər".
Bəyanatda o da qeyd olunur ki, Azərbaycan dinlər və məzhəblərarası dostluq, qardaşlıq, anlaşma mühitinin hökm sürdüyü nadir ölkələrdəndir:
"Ölkəmiz öz milli-mənəvi dəyərlərinə yüksək ehtiramı, dini irsinə, ənənələrinə ali diqqəti ilə tanınan, bəşəri dəyərlərə istinad edən hüquqi-demokratik, dünyəvi dövlətdir. Məzhəb ayrıseçkiliyi və dini dözümsüzlük, dini radikallıq və ksenofobiya təzahürləri Azərbaycan cəmiyyətinə yaddır. Azərbaycanda müsəlmanlarla yanaşı pravoslavlar, katoliklər, yəhidilər, bütün dini və milli azlıqlar öz mədəni dəyərlərini inkişaf etdirir, dini ayin və ibadətlərini azad həyata keçirirlər. Biz öz tolerant, multikultural həyat tərzimizi birgəyaşayış modeli olaraq dünyaya təqdim edirik".
Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində iştirak edən qüvvələr bilməlidirlər ki, Azərbaycan cəmiyyətində radikal, ekstremist qüvvələrə, onların destruktiv ideologiyalarına yer yoxdur və Azərbaycan dindarları heç vaxt belə qüvvələrin məkrli təxribatlarının ardınca getməyəcəklər. Azərbaycan bayrağına siyasi sifarişlə, din, məzhəb təəssübkeşliyi bəhanəsi ilə həqarət olunması yolverilməz təxribatdır və ümidvarıq ki, Böyük Britaniya hökuməti hadisə ilə bağlı lazımi ölçü götürəcəkdir.
Düşmən qüvvələr Zəfərimizin əsas mənbəyinin milli, dini birliyimizin olduğunu gözəl bilir, bu səbəbdən məhz bu birliyi hədəf alırlar. Heç bir qüvvə güclü, sarsılmaz Azərbaycan dövlətinin bayrağını endirə, mənəviyyatımıza, birliyimizə, mənəvi ənənələrimizə xələl gətirə bilməz. Əhli-Beytə ehtiramın uca tutulduğu, İslami dəyərlərə yüksək qiymət verildiyi ölkəmizdə milli-dini vəhdətimizə heç kim xələl gətirə, nifaq sala və səflərimizi dağıda bilməz. Milli-mənəvi dəyərlər bizim ümummilli sərvətimizdir. Bütün qələbələrimizin kökündə tarixən qoruyub saxladığımız bu dəyərlər durur və Azərbaycan bu irsə istinadən hər zaman qələbələr qazanacaq, yeni tarixi Zəfərlərə imza atacaqdır, inşallah!".

Sosial       Tarix: 05 avqust 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər xeberler bugun 2026 valyuta mezennesi 2026 cəbhədən görüntülər