Qogenin əsəri hərracda 9,5 milyon avroya satılıb
Fransalı post-impressionist rəssam Pol Qogenin "Qalın ağac" (Te Bourao II) əsəri Parisdə keçirilən hərracda 9,5 milyon avroya satılıb.
Open.az xəbər verir ki, bu barədə "Artcurial" hərrac evi özünün "Twitter" səhifəsində yazıb. 73x92 santimetr ölçüsündə olan rəsm adı açıqlanmayan beynəlxalq kolleksiyaçı tərəfindən əldə olunub. Alıcının sözlərinə görə əsər Fransada qalacaq.
Məlumatda bildirilir ki, P.Qogen bu əsəri Taitidə olarkən çəkib. Bu rəsm onun Taitidə qaldığı müddətdə çəkdiyi doqquz sənət əsərindən biridir. Əsərlər 1898-ci ildə rəssama həsr olunmuş sərgi üçün Parisə göndərilib. "Te Bourao II" rəsmi bu dövrün yeganə əsəridir və xüsusi kolleksiyada saxlanılır. P.Qogenin digər rəsmləri isə dünyanın aparıcı muzeylərində, xüsusən də Ermitaj və Orse muzeyində nümayiş olunur. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb