"Qoruyuculardan istifadə edin ki, balalarınız çoxalmasın" - Faiq Ağayev
"Allah onların canını sağ eləsin. Mağaralarında 15-ci, 18-ci əsrdə yaşamağa davam etsinlər. Bizim işimizə qarışmasınlar".
Open.az xəbər verir ki, bu sözləri MTV-də yayımlanan "Söhbətsiz" proqramına Xalq artisti Faiq Ağayev baxımlı kişi şou nümayəndələrini qəbuledilməz sayan sənətçilər barədə söyləyib.
O, aparıcı Samir Bayramlının bu mövzu barədə sualına belə cavab verib: "Artistlə cəmiyyətin adi üzvünə sürülən tələblə yanaşmazlar. Məhz belələri idi ki, 19-cu əsrin sonunda artistlərimizi öldürürdülər. Vaqif Mustafazadəni çərlədənlər, bir çox böyük sənətçimizin həyatına zəhər tökənlərin nəsli tükənmir. Onların tör-töküntüləri corabsız ayaqqabı geyinmək olmaz, saçını rəngləmək olmaz deyirlər. Bunu deyən isə saçına elə sərt qara boya vurur ki, başının dərisi olur qıp-qırmızı. Gedir min hoqqadan çıxır, efirdə olur süddən çıxmış gümüş qaşıq, namus-qeyrət təcəssümü. Öz ailəsində söz sahibi olmayan biri çıxır deyir ki, artist bunu etməməlidir. Oturaq baxaq görək bu odlu-alovlu çıxış edən insan son beş ildə sənət üçün neyləyib? Adi cəmiyyətin də üzvləri belələrinə aldanırlar. Deyirlər ki, hamı bizim kimi geyinməlidir. Səhnənin qanunlarını bilməyənlər, bu işə qarışmayın, çalışın qoruyuculardan istifadə edin ki, balalarınız çoxalmasın".

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq