Qoşulmama Hərəkatına üzv olmağımız Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırdı

Qoşulmama Hərəkatına üzv olmağımız Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırdıQoşulmama Hərəkatına üzv olmağımız Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırdı.
Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin ən böyük toplantısıdır. Bu hərəkat sülh və ədaləti təbliğ edir. Qoşulmama Hərəkatı heç bir bloka qoşulmur və tərəfsizdir.
Qoşulmama Hərəkatı Beynəlxalq arenada öz ədaləti və həmrəyliyi ilə sülh naminə göstərdiyi səylər vasitəsi ilə beynəlxalq arenada mühüm rol oynamışdır.
2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu və qısa bir müddətdə Hərəkat üzvlərinin böyük hörmət və etimadını qazandı. Odur ki, Qoşulmama Hərəkatının üzvlərinin yekdil qərarı ilə 2019-2022-ci il tarix müddətinə Hərəkata sədr seçildi.
Sədrlik etdiyi müddətdə yüksək səviyyədə humanist , düzgün və yerində qərarlar qəbul edən Azərbaycanın sədrlik vaxtı bir il də uzadıldı. 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə olan böyük hörmət, inam, etibar eyni zamanda rəsmi Bakının bütün dünya üçün təhlükə saçan pandemiya ərəfəsində yüksək səviyyədə fəaliyyətinin nəticəsi idi.
Bu gün Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Bu gün biz Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradırıq.
Parlament diplomatiyası və parlamentlərarası münasibətlərin inkişafı əhəmiyyətli vəzifədir. Parlament şəbəkəsi təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.
Parlament Şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyini qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir.
Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır".
Azərbaycanın Qoşulmama Təşkilatına sədrliyi pandemiya vaxtına təsadüf etdi. Həmin vaxtı Azərbaycan pandemiya ilə mübarizədə bir çox təşəbbüslərlə çıxış etdi.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi vermişdi ki, həmin yardımın yarısı Qoşulmama Hərəkatına ünvanlanmışdı.
Azərbaycan eyni zamanda peyvənd millətçiliyinə qarşı etirazını bildirmişdir. Belə ki, Covid-19 virusunun geniş yayıldığı bir vaxtda bir sıra zəngin ölkələr onlara lazım olduğundan daha çox peyvənd əldə edirdi, bu isə diğər ölkələrin peyvənd əldə edə bilməsinə əngəl olurdu.
Qoşulmama Hərəkatı daxil olmaqla Azərbaycan pandemiya dövründə 80-dən ölkəyə humanitar yardım göstərmiş, 4 ölkəyə isə 150 min doza peyvənd ianə etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcək".
Azərbaycanın Qoşulmama Hərəkatına üzv, sonra isə sədr seçilməsi Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırdı.
Azərbaycanın öz gücü ilə özünün tarixi torpaqlarını erməni təcavüzkarlarından təmizləməsinə imkan yarandı.
Bildiyimiz kimi, bu müddətdə ATƏT-in Minsk qrupu və BMT-nin verdiyi qərarlara Ermənistan tərəfindən əhəmiyyət verilmirdi. Onlar Azərbaycanın işğal altında saxladıqları torpaqlarını darmadağın edir, yeraltı, yerüstü sərvətlərini talan edib xarici ölkələrə satırdılar. Dinc əhali vaxtaşırı atəşə tutulurdu.
28 il əvvəl yaradılan və fəaliyyətdə olan ATƏT-in Minsk qrupunun üzvləri işğal edilmiş ərazilərə yüzlərcə səfər etmişdilər. Bəyannamələr hazırlamışdılar, lakin bu bəyannamələrə ermənilərqətiyyən əhəmiyyət verməmişdilər. ATƏT-n Minsk qrupunun isə niyyəti bəlli idi. Onlar vaxtı uzatmaq və münaqişəni dondurmaqla yalnız işğal etdikləri ərazilərin ermənilərə qalması üçün çalışırdılar.
Qoşulmama Hərəkatına üzv olan dövlətlər isə Azərbaycan xalqının haqlı olduğunu təsdiqlədi və Azərbaycanın haqlı, ədalətli mübarizəsini dəstəklədi. Azərbaycanın haqq işinin əleyhinə çıxış edən bəyanatları blokladı və ermənilərin havadarlarının, ermənipərəst qüvvələrin Azərbaycana qarşı hücumunun qarşısını aldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür.
ATƏT-in Minsk qrupu ilə hər hansı spekulyasiyaya nəinki qeyri-məhsuldarlıq, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir".
Bu, olduqca qlobal münaqişə idi. Belə ki, münaqişə zamanı, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi. Qətnamədə tələb edilirdi ki, Ermənistan öz qoşunlarını dərhal və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxartsın. Lakin Ermənistan buna məhəl qoymurdu və işğalçı əməllərini davam etdirərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini kobudcasına pozurdu.
Artıq 30 illik həsrətə son qoyuldu. Ədalət bərpa olundu. Azərbaycan öz tarixi torpaqlarını geri qaytardı.
İşğaldan azad edilmiş ərazilərimizə gələn xarici müşahidəçilər, jurnalistlər, din xadimləri tarixi və dini abidələrimizin dağıdıldığını, evlərin, inzibati binaların söküntülərini, kəsilmiş, qırılmış, yandırılmış meşələri gördükdə ermənilərin iç üzünü görürlər və öz heyrətlərini gizlədə bilmirlər.
Lakin Azərbaycan xalqı müharibə istəmir və haqqın tərəfdarıdır. Haqq isə həmişə qalib gəlir.
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru

Siyasi       Tarix: 06 iyul 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik

İran parlamentinin sədri və danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ-ni Hörmüz boğazına mümkün müdaxiləsinə imkan verməyəcəklərini bəyan edib. xəbər verir ki, bu barədə İran parlamenti sədrinin rəsmi "Telegram"

Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar

Türkiyənin F-35 proqramına qayıtması ehtimalı beynəlxalq gündəmin diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün ABŞ tərəfindən F-35 proqramında

Prezident Gürcüstanla bağlı bu sazişi təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş" təsdiq edilib. xəbər veri

Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb. KONKRET.aztəbrikin mətnini təqdim edir:. "Hörmətli Aleksandr Qriqoryeviç. Dövlət bayramı – Belarus Respublikasını

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib. xəbə

Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verdi

Özbəkistan vətəndaşları – 1981-ci il təvəllüdlü Mirzaalimov Raxmatullo Nomancanoviç və 1976-cı il təvəllüdlü Toxtasinov Azamatcon Abduqapparoviçin cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə ekstradisiya olunmaların

Milli Məclisin növbədənkanar sessiyasının iclası başladı: 22 məsələyə baxılır

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası  başlayıb. . AZXEBER COM xəbər verir ki, spiker Sahibə Qafarovanın sədirliyi ilə keçrilən iclasın gündəliyinə 22 məsələ daxil edilib. /

Onlara diplomatik rütbələr verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının diplomati


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta dunyada son xeberler kriminal xeber xabar az