Qoşulmama Hərəkatının Gənclər Sammiti tarixi hadisədir
"Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik müddətinin uzadılması uğurlu işin göstəricisidir".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Gənclər Sammitinin bağlanış sessiyasındakı çıxışında deyib.
"Koronavirus pandemiyasına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatının xəstəliklə mübarizənin mərkəzində olmasına nail olub.. Azərbaycan Bandunq prinsiplərinə sadiq qalır", - o, əlavə edib.
O qeyd edib ki, iştirakçılar arasında bütün mədəni fərqlərə baxmayaraq, 60 il ərzində Qoşulmama Hərəkatı çox şeyə nail ola bilib.
C.Bayramov bildirib ki, Qoşulmama Hərəkatının Gənclər Sammiti müxtəlif səbəblərə görə tarixi hadisədir. Belə ki, nazir gənclərin inkişafının vacibliyini vurğulayıb və əlavə edib ki, Azərbaycanda onların inkişafına xüsusi diqqət yetirilir:
"Gələcəyin qurulması, qlobal sülh və təhlükəsizliyin əhəmiyyətini bilmək xüsusilə vacibdir".
O, həmçinin bu sammitin çox məhsuldar keçdiyinə və bunun iştirakçıların sabah Şuşada qəbul edəcəyi yekun sənəddə öz əksini tapacağına əminliyini ifadə edib.
Xidmetler [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?