Qubadlıda növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
Qubadlı rayonu ərazisində yerləşən Balasoltanlı Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib.
Bu barədə azxeber.com-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilir ki, işğaldan azad olunan ərazilərdə radio-televiziya yayım şəbəkəsinin bərpası istiqamətində aparılan işlər çərçivəsində sözügedən stansiyaya elektrik veriliş xətti çəkilib, texniki bina təmir edilib və stansiya texniki vasitələrlə təchiz olunaraq yayım üçün hazır vəziyyətə gətirilib.
Belə ki, hər biri 1 kVt gücündə iki ədəd FM radioverici, 1 ədəd 300 Vt gücündə televiziya vericisi, FM radio yayımlar üçün 1x2 konfiqurasiyalı və televiziya yayımları üçün 3x1 konfiqurasiyalı anten sistemləri, eləcə də digər zəruri texniki vasitələr quraşdırılaraq istismara verilib.
Nəticədə 89.5 MHs tezlikdə Azərbaycan Radiosunun, 96.9 MHs tezlikdə İctimai Radionun və 43-cü televiziya kanalında (650 MHs) 8 televiziya proqramının (AzTV, İctimai TV, İdman Azərbaycan TV, Mədəniyyət TV, CBC Sport, ATV, Xəzər TV, Space TV) Qubadlı, Laçın və Zəngilan rayonlarının digər stansiyaların siqnalları ilə əhatə olunmayan ərazilərində yayımı təmin olunub.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək 7 Radio-Televiziya Yayım Stansiyasının, o cümlədən Qubadlı rayonu ərazisində 2021-ci ilin 25 oktyabr tarixində Xanlıq Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR